
Azərbaycanda regionun ən böyük data mərkəzlərinin istifadəyə veriləcəyi tarix açıqlandı
13.10.2025 / Xəbərlər
Azərbaycanda bu ildən etibarən iki yeni data mərkəzinin tikintisi işlərinə başlanılıb.
Bunu “AzInTelecom”un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev Bakıda keçirilən fintex forumunda ("Baku Fintech Forum 2025") bildirib.
O vurğulayıb ki, 2027-ci ilə kimi tikinti proseslərinin yekunlaşdırılması planlaşdırılır: "Bunlar təkcə Azərbaycanda deyil, regionda ən böyük data mərkəzləri olacaqlar. Onlardan biri Hacıqabul, digəri isə Abşeron rayonu ərazisində yerləşəcək".


