AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda distant tədris davam edir

29.03.2020 / Xəbərlər

Yeni növ koronavirus infeksiyasının (COVİD-19)  yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə görülən tədbirlər çərçivəsində 2020-ci ilin mart ayının 3-dən Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında tədris prosesinin dayandırılması və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın magistraturasında təhsil alan magistrantlar üçün təhsil prosesinin müəyyən olunmuş müddətlərdə həyata keçirilməsini, həmçinin tədris olunan fənlərin tədris planlarında nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında sərəncam imzalamışdır.

Sərəncamın icrası ilə əlaqədar AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda 29 mart 2020-ci il tarixindən başlayaraq I kurs magistrantlar üçün distant tədris təşkil edilmişdir. Hal-hazırda İnstitutun I kurs magistraturasında “Riyaziyyat”, “Kompüter elmləri” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə 10 magistrant təhsil alır. Tədris prosesinə cəlb edilmiş professor-müəllim heyəti öz işçi planlarında (sillabuslarda) nəzərdə tutduqları mövzuların tədrisini internet üzərindən müxtəlif proqram-texniki vasitələr ilə həyata keçirir, mühazirə və təqdimatların, tapşırıqların elektron variantını e-poçt vasitəsilə magistrantlara göndərir, onlarla online rejimində dərslər təşkil edirlər. İnstitutun Təhsil Şöbəsi müəllimlərdən və magistrantlardan dərslərin gedişatı haqqında mütəmadi olaraq məlumatlar alaraq İnstitutun rəhbərliyinə və AMEA-nın Elm və Təhsil İdarəsinin Magistratura Şöbəsinə təqdim edir.

Tweet
ELANLAR
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
  • 03.12.2025
    “Kompüter Elmlərində Yeni Tədqiqat Metodologiyaları və Sənaye-Akademiya Əməkdaşlığının Müasir Modelləri” adlı Beynəlxalq Simpozium keçiriləcək
  • 27.11.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi