AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Alimlərdən COP30 ərəfəsində xəbərdarlıq: iqlim üzrə dönüş nöqtəsi arxada qalıb

13.10.2025 / Xəbərlər

Qlobal istiləşmə təhlükəli hədləri gözlənildiyindən tez keçir və bütün dünyada mərcan rifləri artıq geri dönməz dərəcədə azalma vəziyyətindədir. Bu, bazar ertəsi alimlərin iqlimlə bağlı ekosistemin çökməsində ilk “dönüş nöqtəsi” adlandırdıqları fenomeni bir daha təsdiq edir.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, dünyanın hər yerindən 160 tədqiqatçı tərəfindən tərtib edilmiş və geriyə dönüşün olmadığı nöqtələri qiymətləndirmək üçün təməl elmi nailiyyətləri ümumiləşdirən “Qlobal dönüş məqamları” adlı hesabatda yer alan xəbərdarlıq bu il Braziliyanın Amazon tropik meşələrinin kənarında keçiriləcək COP30 iqlim sammitindən bir neçə həftə əvvələ təsadüf edir.

Hesabatda bildirilir ki, meşələrin qırılma sürətinə əsasən, orta qlobal temperatur Selsi üzrə 1,5 dərəcəni keçərsə, həmin tropik meşə sistemi yox olmaq riski ilə üzləşəcək. Amazon üçün proqnozlaşdırılan hədd aşağıya doğru yenidən müəyyən edilib.

Narahatlıq doğuran məqamlardan biri də odur ki, temperaturun yüksəlməyə davam edəcəyi təqdirdə Şimali Avropada mülayim qışı təmin edən əsas okean cərəyanının, Atlantik Meridional Dövriyyənin (AMOC) pozulması təhlükəsi yarana bilər.

“Təəssüf ki, hazırda iqlim və biosferdə dəyişikliklər sürətlə baş verir”, -deyə hesabatın aparıcı müəllifi Exeter Universitetinin ekologiya üzrə alimi Tim Lenton qeyd edib. O, iqlim dəyişikliyinə ən çox cavabdeh olan qazıntı yanacaqlarından tədricən uzaqlaşmada müsbət irəliləyiş olduğunu qeyd edib. Məsələn, “Ember” qeyri-kommersiya analitik mərkəzinin məlumatına görə, bu il ilk dəfə olaraq bərpaolunan enerji mənbələri hesabına kömürdən daha çox elektrik enerjisi istehsal edilib.

Noyabrda keçiriləcək COP30 konfransında alimlər ölkələri qlobal istiləşməyə töhfə verən karbon emissiyalarını azaltmağa çalışmağa çağırıblar.

Alimləri təbiətdə dəyişikliklərin daha sürətlə baş verməsi təəccübləndirir: BMT və Aİ-nin elmi agentliklərinin məlumatına görə, orta qlobal temperatur sənayedən əvvəlki orta göstərici ilə müqayisədə artıq 1,3-1,4 dərəcə Selsi artıb. Son iki il müşahidələr tarixində ən isti il olub. Belə ki, dənizin isti dalğaları planetin riflərinin 84%-nin ağarmasına və bəzi hallarda ölməsinə səbəb olub. Mərcan rifləri dəniz həyatının təxminən dörddəbirini dəstəkləyir.

Alimlər vurğulayıblar ki, mərcanları bərpa etmək üçün dünya iqlim dəyişikliyi ilə mübarizə səylərini kəskin şəkildə artırmalıdır ki, temperaturu sənayedən əvvəlki orta göstəricidən cəmi 1 dərəcə Selsi aşağı salsın.

Avstraliyadakı CSIRO İqlim Elmləri Mərkəzinin baş elmi işçisi Pep Kanadell bildirib: “Yeni hesabat açıq şəkildə göstərir ki, iqlim dəyişikliyinin mənfi təsirlərinin miqyası və fəsadları ildən-ilə artır”.

Milli siyasətlərə əsasən, bu əsrdə dünyada təxminən 3,1 dərəcə istiləşmə gözlənilir.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi