AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Çində ilk pilotsuz hava taksisi sınaqdan keçirilib

15.10.2025 / Maraqlı məlumatlar

Çinin “EHang şirkəti” şəhərlərarası avtonom daşımalar üçün nəzərdə tutulmuş elektriklə işləyən şaquli uçuş və eniş təyyarəsi olan yeni VT35 modelini təqdim edib.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, model ilk dəfə Xefey şəhərində nümayiş etdirilib. İki nəfərlik aparat sınaq uçuşu zamanı uğurla şaquli uçuşdan üfüqi uçuşa keçid edib.

“VT35 şəhərlərarası hava nəqliyyatının inkişafında mühüm mərhələdir”, – deyə şirkətin nümayəndəsi bildirib. Qurğu orta və uzun məsafəli marşrutlar, o cümlədən dağ və su hövzələri üzərindən uçuşlar üçün nəzərdə tutulub və təxminən 6,5 milyon yuan (təqribən 900 min ABŞ dolları) dəyərindədir.

VT35 maksimal 215 km/saat sürətlə uçur və bir enerji şarjı ilə 201 kilometr məsafə qət edə bilir. Aparatın maksimal uçuş çəkisi 950 kiloqramdır, bu göstəriciyə iki sərnişin və onların baqajı daxildir. Təyyarə şaquli uçuş üçün tandem tipli qanad quruluşuna və səkkiz paylanmış qaldırıcı pervanəyə, üfüqi uçuş üçün isə arxa itələyici pervanəyə malikdir.

Uzunluğu və qanad açıqlığı təxminən səkkiz metr olan aparatın bu kompakt ölçüləri onun binaların damlarında, dayanacaqlarda və artıq mövcud olan EH216-S vertiportlarında enib-qalxmasına imkan verir. Bu isə VT35-i həm şəhərdaxili, həm də şəhərlərarası infrastrukturla uyğunlaşdıraraq hava marşrutlarının inkişafını sürətləndirir.

VT35-in ikinəfərlik salonu dəri örtüklə işlənib və idarə paneli ilə əyləncə funksiyalarını birləşdirən sensorlu ekranla təchiz olunub. İdarəetmə səs və sensor əmrləri vasitəsilə həyata keçirilir, sistem temperaturun tənzimlənməsi və naviqasiya kimi funksiyaları da yerinə yetirir. Avtonom idarəetmə sistemi uçuşun bütün mərhələlərində təhlükəsizliyi təmin edir, maneələri aşkar etmək üçün sensorlardan istifadə olunur. Elektrik mühərriki VT35-i sakit və ekoloji cəhətdən təmiz edir ki, bu da sıx məskunlaşmış ərazilər üçün xüsusilə əhəmiyyətlidir.

Çinin Mülki Aviasiya İdarəsi 2025-ci ilin mart ayında VT35 modelinin sertifikatlaşdırılması üçün müraciəti qəbul edib. Hazırda aparat daxili sınaqlardan və uçuş yararlılığının qiymətləndirilməsi mərhələsindən keçir. Şirkət artıq Çində kommersiya uçuşları həyata keçirən EH216-S modelinin sertifikatlaşdırma təcrübəsindən istifadə etməklə prosesi sürətləndirməyi planlaşdırır.

“EHang” VT35-dən hava nəqliyyatının regional şəbəkəsini yaratmaq məqsədilə istifadə etməyi planlaşdırır. Bu şəbəkə Yantsızı çayının deltası, Perl-River deltası və Pekin-Tyantszin-Xebey iqtisadi zonaları arasında bir saatlıq marşrutu təmin edəcək. Şirkətin hesablamalarına görə, VT35 vasitəsilə həyata keçirilən uçuşlar hazırda iki saat çəkən avtomobil səfərlərini 30 dəqiqədən az vaxta endirəcək.

Xefeydəki təqdimat xarakterli uçuş zamanı VT35 Louqan parkı üzərində tam uçuş həyata keçirib. Tədbirdə yerli hakimiyyət və sənaye nümayəndələri iştirak ediblər. Bu hadisə aşağısəviyyəli regional hava nəqliyyatının inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.

Qısa məsafələrə uçuş marşrutları üçün EH216-S şəbəkəsi ilə inteqrasiya nəticəsində “EHang” “hava karşerinqi” sistemi kimi avtonom, səmərəli və əlçatan hava nəqliyyatı sistemi yaratmağı planlaşdırır.

“VT35 ilə biz şəhər hava taksi fəaliyyətindən başqa regional daşımaların yeni mərhələsini açırıq”, – deyə “EHang” şirkətinin nümayəndəsi vurğulayıb.

azertag.az

Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi