AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Kaliforniyada süni intellektli çat-botların risklərindən uşaqları qoruyan qanun imzalanıb

15.10.2025 / Maraqlı məlumatlar

Kaliforniya qubernatoru Qevi̇n Nyusom süni intellekt əsasında çalışan çat-botların fəaliyyətini tənzimləyən qanunu imzalayıb. Yeni qanuna əsasən, platformalar istifadəçilərə qarşılarında insan deyil, çat-bot olduğunu açıq şəkildə bildirməlidir. Bu barədə məlumat yetkinlik yaşına çatmayanlara hər üç saatdan bir təqdim edilməlidir.

Qanun, həmçinin şirkətlərə özünə zərər vurmağa yönəlmiş məzmunun qarşısını almaq üçün nəzarət mexanizmləri tətbiq etməyi və istifadəçilərdə intihar meyilləri müşahidə olunduğu hallarda onları böhran xidmətlərinə yönləndirməyi tapşırır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Nyosom tərəfindən bazar ertəsi imzalanan bu sənəd texnologiya şirkətlərinə təsir göstərəcək bir neçə qanundan biridir. Digər sənədlər yaşın yoxlanılması, sosial şəbəkələrdə xəbərdarlıq yazılarının yerləşdirilməsi və süni intellekt vasitəsilə razılıq olmadan yayılmış seksual xarakterli məzmunun qarşısının alınması kimi məsələləri əhatə edir.

Qanunun imzalanması Nyusomun uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə Kaliforniyanın süni intellekt sahəsindəki liderliyini tarazlaşdırmaq cəhdini nümayiş etdirir.

“Meta” şirkəti bu qanuna qarşı çıxıb. Kompüter və rabitə sənayesi nümayəndələri isə sənədin innovasiyalara maneə törədə biləcəyini və Kaliforniya şirkətlərini rəqabətdə zəiflədəcəyini bildiriblər.

Kaliforniya süni intellekt sahəsində dünya lideridir, burada dünyanın ən iri 50 süni intellekt şirkətindən 32-si fəaliyyət göstərir.

Son üç il ərzində suallara cavab vermək, mətn, şifr, təsvir və hətta musiqi yaratmaq imkanı verən bu texnologiyanın populyarlığı sürətlə artıb. Onun inkişafı insanların informasiya istehlakı, əmək fəaliyyəti və təhsil üsullarını dəyişməkdədir.

Qanunvericilər hesab edirlər ki, çat-botlar gənclərin psixi sağlamlığına mənfi təsir göstərə bilər, çünki onlar bu texnologiyalardan ünsiyyət və məsləhət almaq üçün geniş şəkildə istifadə edirlər.

azertag.az

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi