AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Wi-Fi” şəbəkəsi mobil telefon olmasa belə insanı izləməyə imkan verir

16.10.2025 / Maraqlı məlumatlar

Əgər siz “Wi-Fi” şəbəkəsinin fəaliyyət göstərdiyi bir kafenin yanından keçirsinizsə, özünüzdə mobil telefonunuz olmasa belə, sizi müəyyən etmək mümkündür. Karlsrue Texnologiya İnstitutunun (KİT) tədqiqatçıları yalnız “Wi-Fi” trafikini qeyd etməklə insanları identifikasiya etməyin üsulunu tapıblar ki, bu da məxfilik baxımından ciddi risk hesab olunur.  Nəticələri Tayvanda keçiriləcək ACM Kompüter və Kommunikasiya Təhlükəsizliyi konfransında təqdim ediləcək eksperimentlər göstərib. Yəni, adi “Wi-Fi” cihazları elə bir elektromaqnit sahə yaradır ki, onun analizi həmin mühitdəki insanların “kamerada çəkilmiş kimi” görünməsinə imkan verir.  “Körpü və radiodalğaların yayılmasını müşahidə etməklə ətraf mühiti və orada olan insanları təsvir etmək mümkündür. Bu, adi kameranın işləmə prinsipinə bənzəyir, fərq ondadır ki, bizdə işıq dalğaları əvəzinə radiodalğalardan istifadə olunur”, – deyə KİT-in İnformasiya Təhlükəsizliyi və Etibarlılığı İnstitutunun (KASTEL) professoru Torsten Ştrufe bildirib. “Beləliklə, yanınızda “Wi-Fi” cihazı olub-olmamasının əhəmiyyəti yoxdur”, - deyə o vurğulayıb.  Fərdi qurğunun söndürülməsi də kömək etmir, ətrafda fəaliyyət göstərən digər “Wi-Fi” cihazları kifayət edir.  “Bu texnologiya hər bir routeri potensial izləmə vasitəsinə çevirir. Əgər siz mütəmadi olaraq “Wi-Fi” şəbəkəsi olan bir kafedən keçirsinizsə, orada sizi müəyyənləşdirə və sonradan, məsələn, dövlət qurumları və ya şirkətlər tərəfindən tanıya bilərlər. Siz isə bunu heç hiss etməyəcəksiniz”, – deyə KASTEL-in tədqiqatçısı Yulian Todt xəbərdarlıq edib.  Tədqiqatın həmmüəllifi Feliks Morsbaxın sözlərinə görə, xüsusi xidmət orqanları və ya kibercinayətkarların daha sadə müşahidə üsulları mövcuddur, məsələn, videomüşahidə kameralarına və ya elektron qapı zəngi sistemlərinə çıxış. “Lakin geniş yayılmış simsiz şəbəkələr demək olar ki, hər yeri əhatə edən izləmə infrastrukturuna çevrilə bilər və bunun ən təhlükəli cəhəti onların görünməməsi və şübhə doğurmamasıdır”, – deyə o əlavə edib.  Bu texnologiya lidar hücumları və ya “Wi-Fi” kanallarının vəziyyətinin təhlili ilə müqayisədə xüsusi avadanlıq tələb etmir, adi “Wi-Fi” cihazı kifayətdir. Bu üsulla şəbəkədəki digər qurğuların fəaliyyətindən istifadə edilir; bu qurğular routerə şüa formalaşdırması ilə bağlı siqnalları şifrələnməmiş şəkildə göndərir və həmin siqnallar radiodalğaların əhatə dairəsində istənilən şəxs tərəfindən oxuna bilər. Bu məlumatlar əsasında süni intellekt modeli vasitəsilə insanları bir neçə saniyə ərzində tanımaq mümkündür.  Ümumilikdə 197 nəfərin iştirak etdiyi tədqiqat zamanı komanda insanları demək olar ki, baxış bucağından və ya yerimə tərzindən asılı olmayaraq 100 faiz dəqiqliklə müəyyən edə bilib.  “Bu texnologiya çox güclüdür, eyni zamanda, əsas hüquqlarımız, xüsusilə də şəxsi həyat toxunulmazlığı üçün risk yaradır”, – deyə T. Ştrufe vurğulayıb.  Tədqiqatın müəllifləri “Wi-Fi”ın hazırlanmaqda olan IEEE 802.11bf standartına məxfilik və müdafiə mexanizmlərinin daxil edilməsinə çağırıblar.

nmincom.gov.az

Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi