AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Bu bölgədə xüsusi bir hadisə baş verir - Səbəbini alimlər də bilmir

16.10.2025 / Maraqlı məlumatlar
Yer kürəsinin maqnit sahəsindəki sirli zəifləmə həm genişlənir, həm də qərbə doğru sürüşür. Alimlər xəbərdarlıq edirlər ki, bu proses yalnız elmi dairələr üçün deyil, bütün insanlıq üçün əhəmiyyətli nəticələr doğura bilər. Bəs bu hadisə niyə bu qədər önəmlidir?
 
Maqnit sahəsində böyüyən zəiflik
 
Qaynarinfo xəbər verir ki, alimlər Yer kürəsinin maqnit sahəsindəki bir "zəif nöqtə"nin narahatedici sürətlə böyüdüyünü müəyyən ediblər. Həftə əvvəlində dərc olunan tədqiqatda bildirilir ki, Cənubi Atlantik Anomaliyəsi (SAA) adlanan bölgəyə 2014-cü ildən bəri demək olar Texas ştatının iki misli böyüklükdə sahə əlavə olunub. Araşdırma həmçinin göstərib ki, SAA tədricən qərbə - Afrika istiqamətinə doğru hərəkət edir.
2014–2025-ci illər arasında anomalinin sahəsi təxminən 25 faiz artıb və hər il 22,5 kilometr qərbə doğru sürüşüb. Bu genişlənmə və hərəkət Yer kürəsinin xarici nüvəsindəki ərimiş dəmirin turbulent axınları nəticəsində yaranır. Məhz bu axınlar bölgədə maqnit sahəsini zəiflədən qeyri-adi maqnit naxışları formalaşdırır.
 
Qlobal təsirləri olan zəifləmə
 
Yer kürəsinin maqnit sahəsi min kilometrlərlə dərinlikdə hərəkət edən ərimiş dəmir tərəfindən formalaşır və Günəşdən gələn təhlükəli yüklü hissəciklərə qarşı qoruyucu qalxan rolunu oynayır. Alimlər bildirirlər ki, bu qalxandakı zəifləmə və yerdəyişmə yalnız elmi maraq doğurmur – bu, texnologiyadan kosmik təhlükəsizliyə qədər bir çox sahəni təsir altına ala bilər.
 
Peyklər üçün ciddi təhlükə
 
SAA üzərindən keçən peyklər üçün bu vəziyyət real təhlükə yaradır. Bu bölgədə maqnit qalxan zəif olduğu üçün peyklər və elektron sistemlər çox yüksək radiasiyaya məruz qalır. 
Nəticədə cihazlar müvəqqəti sıradan çıxa, məlumatlar pozula və ya hətta donanımlarda qalıcı zədələr yarana bilər. Bu isə qlobal GPS, rabitə və hava proqnozu xidmətlərini təmin edən peyklərin fəaliyyətinə birbaşa təsir göstərir.
 
"Bu bölgədə xüsusi bir şey yaşanır"
 
Danımarka Texniki Universitetindən jeomaqnitizm üzrə mütəxəssis Kris Finley "Daily Mail" nəşrinə açıqlamasında deyib:
"Afrikaya doğru dəyişiklik, Cənubi Amerikaya doğru olandan fərqlidir. Bu bölgədə maqnit sahəsinin daha güclü şəkildə zəifləməsinə səbəb olan xüsusi bir hadisə baş verir".
Yer kürəsinin nüvəsinin xarici qatı, səthdən təxminən 2900 kilometr dərinlikdə yerləşən ərimiş dəmir və nikel qatından ibarətdir. Bu metallar "jeodinamo" adlı nəhəng generator kimi davranaraq maqnit sahəsini yaradan elektrik cərəyanlarını əmələ gətirir. Lakin bu proses sabit deyil – zaman-zaman dalğalanmalar baş verir və nəticədə Yer kürəsinin maqnit sahəsi də dəyişkənlik göstərir. NASA bu vəziyyətin planetin maqnit oxunun meyilliyi ilə birlikdə SAA-nın formalaşmasına səbəb olduğunu bildirir.
 
Davamlı hərəkətlilik və qlobal dəyişikliklər
 
Cənub yarımkürəsində, Afrikanın altındakı zəif maqnit sahələri qərbə doğru, Atlantik okeanının ortasındakı oxşar sahələr isə şərqə doğru hərəkət edir. Eyni zamanda, şimalda Bering boğazı altındakı güclü maqnit sahəsi qərbə, İndoneziya və Qərbi Sakit okean yaxınlarındakı sahələr isə şərqə doğru sürüşür. Ən güclü dəyişikliklər ekvator yaxınlığında müşahidə olunur.
 
Naviqasiya və peyk əməliyyatları risk altında
 
Avropa Kosmik Agentliyinin ("ESA") Swarm peyk dəstəsinin 11 illik məlumatlarına əsaslanan tədqiqat göstərir ki, Kanadanın şimalındakı güclü maqnit sahə zəifləyib və Yer səthinin 0,65 faizi qədər kiçilib. Bu dəyişiklik naviqasiya sistemlərini, peyk əməliyyatlarını və jeomaqnit kalibrasiyasına əsaslanan texnologiyaları təsir altına ala bilər.
2013-cü ildən bəri maqnit sahəsi haqqında fasiləsiz məlumat toplayan "Swarm" peykləri, planetimizin dərinliklərindəki güclü və mürəkkəb qüvvələr barədə unikal məlumatlar təqdim edir. Alimlər bildirirlər ki, anomalinin sabit olmaması və getdikcə böyüməsi, mümkün riskləri vaxtında müəyyən etmək üçün onun daimi müşahidəsini zəruri edir.
Kris Finley məsələni belə yekunlaşdırır:
"Cənubi Atlantik Anomaliyası Yer kürəsinin nüvəsindən gələn bir xəbərdarlıqdır. Bu hadisə, planetimizin qoruyucu qalxanının dinamik olduğunu və dərinliklərdəki dəyişikliklərin kosmosa, eləcə də gündəlik həyatımıza qədər təsir göstərə biləcəyini sübut edir".
qaynarinfo.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi