AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Milyardlarla il öncə vulkan püskürmələri Marsda su buzu ehtiyatının yaranmasına səbəb ola bilərmiş

16.10.2025 / Maraqlı məlumatlar

Yeni tədqiqatlar göstərir ki, Marsda milyardlarla il əvvəl baş vermiş nəhəng vulkan püskürmələri planetin ekvatorial bölgəsində iri buz təbəqələrinin yaranmasına gətirib çıxara bilərdi. Bu nəzəriyyə, adətən quru və isti iqlimə malik olan bir bölgədə buzun necə əmələ gələ biləcəyini izah etməyə kömək edir. Arizona Dövlət Universitetindən Saira Hamid-in rəhbərlik etdiyi tədqiqat qrupu Marsda təxminən 4.1-3 milyard il əvvəl baş vermiş böyük vulkan püskürmələri zamanı iqlim dəyişikliklərini göstərən bir model hazırlayıb. Aparılan modelləşdirmə nəticəsində məlum olub ki, belə püskürmələr zamanı atmosferə nəhəng miqdarda su buxarı daxil olur.

Bu buxarın kondensasiyası və kristallaşması nəticəsində cəmi 3 günlük aktiv püskürmə ərzində qalınlığı 5 metrə qədər olan buz qatı əmələ gələ bilər. Lakin buzun yaranma prosesi qədər onun qorunması da az əhəmiyyət daşımırdı. Tədqiqatçılar ehtimal edirlər ki, buz təbəqələri sıx vulkanik toz və kül qatı ilə tez bir zamanda örtülərək möhkəm istilik izolyasiyası baryeri yaradıb. Bu qoruyucu örtük ekvatora yaxın bölgələr üçün xarakterik olan güclü günəş radiasiyası təsirindən buzun buxarlanmasının qarşısını alırdı. Bundan əlavə, alimlər irəli sürürlər ki, vulkan püskürmələri zamanı baş verən kütləvi kükürd turşusu emissiyaları planetdə kəskin soyuma effekti yarada bilərdi.
Bu hadisə “Mars qışı” adlandırıla biləcək bir vəziyyəti formalaşdırmış olardı. Uzunmüddətli temperaturun aşağı düşməsi isə buz təbəqələrinin yaranması və qorunmasına şərait yaratmışdır. Belə kəşflər Marsın gələcək tədqiqat missiyalarının planlaşdırılması üçün mühüm əhəmiyyət daşıyır. Su buzu, planetin potensial kolonizasiyası zamanı astronavtlar üçün həm su, həm də oksigen mənbəyi kimi dəyərli resurs sayılır. Buz ehtiyatlarının paylanması və xüsusiyyətləri barədə yeni biliklər, gələcək tədqiqat stansiyaları üçün optimal yerlərin seçilməsini asanlaşdıracaq və bununla da elmi ekspedisiyaların səmərəliliyini artıracaq.
 
technote.az
 
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi