AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Yaradılmış yeni süni əzələ öz çəkisindən 4000 dəfə artıq çəkini qaldıra bilir

16.10.2025 / Maraqlı məlumatlar

Ulsan Milli Elm və Texnologiya İnstitutunun (UNIST) tədqiqatçıları eyni anda həm sərt, həm də elastik ola bilən yeni növ süni əzələ növü hazırlayıblar. Onun çəkisi cəmi 1.25 qramdır, lakin öz çəkisindən 4000 dəfə artıq, yəni 5 kq yük qaldıra bilir. Bu yenilik yumşaq robot texnologiyası, protezləşdirmə və taxıla bilən cihazlar üçün yeni imkanlar aça bilər. Süni əzələlərin yaradılması mühəndislikdə ən mürəkkəb problemlərdən biri olaraq qalır. Adətən belə materiallar ya yumşaq və elastik, amma zəif, ya da möhkəm və davamlı, amma qeyri-elastik olur. Bu, texnologiyanın robotlarda və digər interfeyslərdə - yəni həm güc, həm də incə hərəkət tələb edən sahələrdə - tətbiqini məhdudlaşdırır.

UNIST komandası isə bu maneəni aşmağı bacarıb. Alimlər elə bir kompozit əzələ yaradıblar ki, o, yük altında sərtləşir, büzülmə zamanı isə yumşalır - yəni, mahiyyət etibarilə güc və elastiklik rejimləri arasında keçid edə bilir. Bu süni əzələnin çəkisi cəmi 1.25 qramdır, lakin 5 kq-a qədər yük qaldıra bilir - bu da onun öz çəkisindən 4000 dəfə artıqdır. Büzülmə zamanı o, 86.4% nisbətində deformasiyaya uğrayır ki, bu göstərici insan əzələlərindən 2 dəfə çoxdur. İşləmə sıxlığı (yəni əzələnin vahid həcmdə istehsal etdiyi enerji miqdarı) 1150 kJ/m³ səviyyəsinə çatır - bu da insan toxumalarından 30 dəfə yüksəkdir.

Qızdırıldıqda material ilkin uzunluğundan 12 dəfə çox uzana bilir, lakin bununla belə idarəolunan və sabit qalır. Bu unikal xüsusiyyətin sirri ikiqat polimer şəbəkəsindədir - o, möhkəm kovalent bağları və temperaturla aktivləşən müvəqqəti fiziki qarşılıqlı təsirləri birləşdirir. Əlavə olaraq, əzələnin tərkibinə maqnit mikrozərrəcikləri daxil edilib ki, bu da onun hərəkətinə xarici maqnit sahəsi vasitəsilə nəzarət etməyə imkan verir. Laboratoriya sınaqlarında bu sistem əşyaları qaldırmaq və hərəkət etdirmək qabiliyyətini nümayiş etdirib. Tədqiqatçılar qeyd edirlər ki, bu texnologiya yumşaq robotlardan və hərəkətə uyğunlaşan elastik protezlərdən tutmuş ağıllı ekzoskeletlərə və yüksək həssaslığa malik tibbi cihazlara qədər müxtəlif sahələrdə tətbiq oluna bilər.

technote.az

Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi