AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İtalyanlar süni intellekti kiçik külək turbinlərinə inteqrasiya ediblər

16.10.2025 / Maraqlı məlumatlar

İtaliyanın Gevi Wind şirkəti külək turbinlərinin pərlərinin hücum bucağını tənzimləyən süni intellekt sistemi hazırlayıb. Süni intellekt pərlərin bucağını hər bir neçə millisaniyədən bir tənzimləyir, bunun üçün yalnız küləyin istiqaməti və gücü haqqında deyil, həm də qonşu pərlərin yaratdıqları turbulentlik barədə məlumat alır. Bu yanaşma külək enerjisi hasilatının səmərəliliyini xeyli artırır və Avropa miqyasında şəhər külək energetikasının inkişafı üçün əsas ola bilər. Piza və Roma şəhərlərində ofisləri olan Gevi Wind şirkəti 2022-ci ildə təsis edilib. Şirkət şaquli yerləşdirilmiş pərlərə malik külək generatorları hazırlayır. Belə qurğular nisbətən kiçik ölçülərdə ola bilər və şəhər daxilində enerji istehsalına uyğunlaşdırılıb.

Gevi Wind markalı generatorun hündürlüyü 3 metr, rotor diametri isə 5.4 metrdir. O, küləyin sürəti 2.5 m/s-dən başladıqda 3-5 kVt güc hasil edə bilir. Kompakt ölçülərinə görə bu qurğular binaların damlarında və sıx tikinti mühitlərində quraşdırıla bilər. Aşağı səs səviyyəsi binalara yaxın yerləşdirilən külək turbinləri üçün əsas tələblərdən biridir. Gevi Wind sistemi 10 metr məsafədə 38 dB-dən (desibel) yüksək səs yaratmır. Bundan əlavə, qurğunun kiçik ölçüləri onun quraşdırılmasını qüllə tipli turbinlərdə tələb olunan iri kranlardan istifadə etmədən həyata keçirməyə imkan verir. Belə sistemlərin texniki xidməti də daha sadə və ucuz olacaq.

Kiçik ölçülü “ağıllı” külək turbinləri üzərində aparılan sınaqlar göstərib ki, real vaxt rejimində pərlərin hücum bucağını avtomatik tənzimləyən süni intellekt sistemi ilə təchiz edilmiş turbinlər sabit pərli modellərlə müqayisədə enerji istehsalını 60% artırır. Həmçinin süni intellekt pərlərə düşən mexaniki yüklənməni 80% azaldır ki, bu da qurğunun istismar müddətini uzadır. İtalyan layihəsi bir sıra investorların marağına səbəb olub. Onların arasında 360 Capital, CDP Venture Capital, Toscana Next fondu və NextSTEP One da var. Şirkət tammiqyaslı istehsala keçidi sürətləndirmək üçün 2.7 milyon avro maliyyə dəstəyi alıb. Layihə uğurlu olarsa, süni intellektlə təchiz edilmiş külək turbinləri Avropanın bir çox şəhərlərində quraşdırılacaq.

technote.az

Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi