
SABAH qrupları tələbələri “Türkiye Uluslararası Değişim Burs Programı”nın qalibi olaraq təqaüdlə təhsil alacaqlar.
16.10.2025 / Xəbərlər
SABAH qrupları Bakı Dövlət Universitetinin magistratura səviyyəsinin Biologiya ixtisasının “Molekulyar biologiya” ixtisaslaşmasının II kurs magistrantları Gülbanu Nəbiyeva və Nərmin Əliyeva Türkiyə Respublikasının təsis etdiyi “Türkiye Uluslararası Değişim Burs Programı”-nın qalibi olmuşlar və 2025/2026-cı tədris ilinin payız semestrində Türkiyə Respublikasının Ərciyəs Universitetində ödənişsiz əsaslarla, təqaüdlə təhsil almaq hüququ qazanmışlar.


