AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Google hesabını artıq dostlar və ya ailə üzvləri vasitəsilə bərpa etmək mümkündür

17.10.2025 / Maraqlı məlumatlar

Google şirkəti istifadəçilərin məxfiliklərini qorumaq və cihazın itirilməsi və ya hakerlər tərəfindən sındırılması halında hesabların bərpasını təmin etmək üçün yeni funksiyalar və alətlər təqdim edib. Şirkət hesab bərpası vasitələrinə Recovery Contacts funksiyasını əlavə edib. Bu funksiya istifadəçilərə şəxsiyyətin təsdiqi və hesaba girişin bərpası üçün etibarlı dostları və ya ailə üzvlərini əlaqə kimi əlavə etməyə imkan verir. Əgər istifadəçinin hesabı cihazın itirilməsi və ya şifrənin unudulması səbəbindən bloklanıbsa, bu funksiyadan Google hesabı səhifəsindəki təhlükəsizlik bölməsində istifadə etmək mümkündür.

Bərpa üçün əlaqə kimi seçilmiş istifadəçinin cihazına hesabınızın bərpası ilə bağlı sorğu bildirişi göndəriləcək. Bu əməliyyatı 15 dəqiqə ərzində təsdiqləmək lazımdır. Recovery Contacts parametrlərinə maksimum 10 nəfər əlavə etmək mümkündür və onların hər biri sizin əlavə edilmə sorğunuzu təsdiqləməlidir. Şəxsiyyəti təsdiqləmək üçün giriş kodu və ya qrafik açar istifadə oluna bilər. Bu funksiya yaxın vaxtlarda mərhələli şəkildə bütün dünyada istifadəçilərə təqdim ediləcək. Google həmçinin hesaba girişin bərpası üçün yeni bir üsul əlavə edib - mobil nömrə vasitəsilə giriş. Bu alət göstərilən nömrə ilə əlaqəli bütün hesabları avtomatik olaraq müəyyənləşdirir.

Pixel smartfon sahibləri üçün şirkət dələduzluq və spam mesajlarına qarşı daxili qoruma funksiyasını istifadəyə verib. Artıq Google Messages tətbiqində spam keçidlərini aşkarlama funksiyası bütün istifadəçilər üçün əlçatan olacaq. Şübhəli mesaja kliklədikdə tətbiq xəbərdarlıq göstərəcək və həmin səhifəyə keçidi bloklayacaq. Daha texniki biliklərə malik istifadəçilər üçün Google Messages tətbiqinə açarların yoxlanması funksiyası əlavə edilib. Bu funksiya yazışma tərəfini identifikasiya etməyə və məlumatların end-to-end şifrələnməsini, həmçinin məxfiliyini təmin etməyə kömək edir. Android 10 və daha yeni versiyalardan istifadə edənlər təsdiqləmə üçün kontaktın QR kodunu skan edə biləcəklər.

technote.az

Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi