AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Elon Musk Microsoft-un gələcək rəqibi Macrohard layihəsindən danışıb

17.10.2025 / Maraqlı məlumatlar
Tesla, SpaceX, X və xAI şirkətlərinin rəhbəri Elon Musk, Microsoft-un birbaşa rəqibi ola biləcək Macrohard layihəsi barədə bəzi təfərrüatları açıqlayıb. Macrohard şirkəti bu ilin avqust ayında Musk tərəfindən qeydiyyatdan keçirilib və bundan bir neçə həftə əvvəl ABŞ Patent Bürosunda eyniadlı ticarət nişanı da rəsmi şəkildə qeydiyyata alınıb. Musk sosial şəbəkə X-də yazıb: “xAI layihəsi Macrohard nəhəng miqyasda böyük təsir göstərəcək” və əlavə edib ki, məqsəd “birbaşa fiziki obyekt istehsal etməyən, lakin bunu dolayı yolla həyata keçirə bilən, Apple üçün məhsul istehsal edən digər şirkətlər kimi fəaliyyət göstərə bilən” bir şirkət qurmaqdır. Yeni şirkətin bu şəkildə təqdim edilməsi onun Microsoft-a tək bir tətbiq və ya xidmət səviyyəsində deyil, platforma miqyasında rəqib olacağını göstərir.
 
Elon Musk-ın təsvirinə görə, xAI şirkəti əməliyyat sistemini, referans layihələri və məhsul tələblərini müəyyən edəcək, cihazların hazırlanması isə Apple-ın biznes modelində olduğu kimi üçüncü tərəflərə - autsorsinq yolu ilə həvalə ediləcək. Bundan başqa, Windows sisteminə bənzər lisenziyalaşdırma variantı da nəzərdən keçirilir. Bu halda OEM tərəfdaşları Macrohard/xAI proqram təminatından istifadə edərək çoxmarkalı cihazlardan ibarət geniş ekosistem yarada biləcəklər. Bu baxımdan süni intellekt agentləri və xidmətləri üçün uyğunlaşdırılmış əsas əməliyyat sisteminin təqdim ediləcəyi gözlənilir.
 
Musk-ın sözlərinə görə, xAI agentləri sənaye səviyyəli proqram təminatının, o cümlədən oyunların hazırlanması və daimi təkmilləşdirilməsi üçün nəzərdə tutulub. Bunun üçün Colossus 1 adlı mövcud və Colossus 2 adlı hazırlanmaqda olan hesablama klasterlərindən istifadə ediləcək. xAI-ın yaxınmüddətli məqsədlərinə 2026-cı ilin sonuna qədər süni intellektlə hazırlanmış “mükəmməl bir oyun”un buraxılması daxildir. Platformanın yaradılması gələcəkdə öz alətləri və tərtibatçı dəstlərinin (developer kits) buraxılmasını da nəzərdə tutur. Elan olunmuş vakansiyalara əsasən, layihədə xarici mütəxəssislərdən ibarət kiçik bir komanda da iştirak edir, lakin əsas yük xAI şirkətinin əməkdaşlarının və infrastrukturunun üzərinə düşür.
 
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi