AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Antarktidadakı qaz emissiyaları alimləri narahat edib

21.10.2025 / Maraqlı məlumatlar

Alimlər Antarktida sahillərində onlarla yeni sualtı qaz mənbəyini qeydə alıblar. Bu hadisə əvvəllər son dərəcə nadir müşahidə olunan təbiət hadisəsi hesab edilirdi. AZƏRTAC-ın verdiyi xəbərə görə, “Nature Communications Earth & Environment” (NCE&E) jurnalında dərc olunan elmi məqalədə bildirilir ki, Ross dənizinin sahilyanı zonasının dibindən metan qabarcıqları və digər flüidlər (mayelər və qaz qarışıqları) səthə çıxır.

Elmi ədəbiyyatda “sip” adlandırılan bu sahələr onilliklər ərzində mütəmadi tədqiq edilən, lakin indiyədək aktivlik əlamətləri göstərməyən bölgələrdə formalaşıb. Tədqiqatçılar sipləri 5 metrdən 240 metrədək dərinliklərdə aşkar ediblər.

Qazın çıxış yerlərində ağ mikrob örtükləri (mikrobial matlar) yaranıb, buz təbəqəsinin altında isə metan qabarcıqları toplanır. Alimlərin qeyd etdiyinə görə, bu qabarcıqlar qısa müddətdə atmosferə daxil ola bilər. Bəzi ərazilərdə dəniz orqanizmlərinin yaşaya bilmədiyi “ölü zonalar” müəyyən edilib, bu isə qaz emissiyasının artıq yerli ekosistemə təsir göstərdiyini göstərir.

Mütəxəssislər hesab edirlər ki, yeni siplərin yaranması iqlim istiləşməsi və buzlaqların əriməsi ilə bağlı ola bilər. Buz kütlələrinin həcmi azaldıqca, dəniz dibindəki qaz yataqlarına olan hidrostatik təzyiq aşağı düşür, nəticədə onların hermetikliyi pozulur və qlobal istiləşməni gücləndirən güclü istixana qazı olan metan atmosferə çıxır.

Tədqiqat müəlliflərinin fikrincə, bu kəşf qütb regionlarında qaz mübadiləsi prosesləri barədə mövcud elmi təsəvvürləri dəyişir və beynəlxalq səviyyədə təcili monitorinqin aparılmasını zəruri edir.

Alimlər xəbərdarlıq edirlər ki, əgər bu proses geniş miqyas alsa, təhlükəli “əks effekt” mexanizmini işə sala bilər, yəni buzlaqların əriməsi metan emissiyasını sürətləndirər, metan isə öz növbəsində qlobal istiləşməni daha da gücləndirər.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi