AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Xərçəng terapiyasının effektivliyini artıran təbii vasitə müəyyənləşib

21.10.2025 / Maraqlı məlumatlar

Yohannesburq Universitetinin alimləri müəyyən ediblər ki, nar ekstraktı döş xərçənginin müalicəsində tətbiq olunan fotodinamik terapiyanın təsirini əhəmiyyətli dərəcədə gücləndirə bilər.

AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “Advances in Traditional Medicine (ATM)” jurnalında dərc olunub.

Laboratoriya təcrübələri göstərib ki, bitki ekstraktının xlorofil törəməsi “feoforbid-a” ilə birləşdirilməsi şiş hüceyrələrinin (MCF-7) böyüməsini tək ekstraktla müqayisədə demək olar ki, iki dəfə daha səmərəli şəkildə dayandırır.

Tədqiqatçılar qeyd edirlər ki, belə kombinə edilmiş yanaşma apoptozun, yəni, hüceyrə ölümünün həm xarici, həm də daxili mexanizmlərini aktivləşdirir ki, bu da onu sağlam toxumalar üçün daha dəqiq və təhlükəsiz edir. Şişin qarşısını almaq üçün tələb olunan konsentrasiya 289 mkq/ml-dən 129 mkq/ml-dək azalıb ki, bu da güclü sinergetik təsir göstərir.

Müəlliflərin sözlərinə görə, taninlər, antosianidinlər və fenollarla zəngin olan nar ekstraktı xüsusilə müasir fototerapevtik texnologiyalarla birlikdə xərçəng əleyhinə yumşaq və effektiv müalicə üsullarının əsasını təşkil edə bilər. Alimlər indi hüceyrə səviyyəsində aparılan təcrübələrdən heyvan sınaqlarına keçməyi planlaşdırırlar ki, meyvənin onkoloji xəstəliklərin müalicəsində təbii yardımçı vasitə kimi potensialını təsdiqləsinlər.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi