AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Bakıda “Yaşıl təhsil” üzrə ilk regional seminar keçirilir

21.10.2025 / Xəbərlər

Oktyabrın 20-də Bakıda Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə “Yaşıl təhsil” mövzusunda ilk regional seminar öz işinə başlayıb. 

Seminarda Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan və Qırğız respublikaları təmsil olunur. 

İki günlük seminarın əsas məqsədi iqlim dəyişikliyinə qarşı dayanıqlı gələcək naminə təhsil sistemlərinin transformasiyasını təşviq etmək, milli kurikulumlarda iqlim və davamlı inkişafla bağlı məzmunların sistemli şəkildə əhatəsini genişləndirmək, “yaşıl məktəb” modelinin tətbiqi istiqamətində siyasət dialoqu aparmaqdır. 

STEAM İnnovasiya Mərkəzində baş tutan seminarın açılış mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli, İSESKO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə, İSESKO-nun Təhsil sektorunun rəhbəri Heddi Jatu Sey çıxış ediblər. 

Elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışında bildirib ki, Azərbaycanın 2030-cu ilədək inkişaf strategiyasında “yaşıl” və dayanıqlı inkişaf əsas hədəflərdən biri kimi müəyyən edilib. Strategiya enerji keçidindən tutmuş alternativ enerji mənbələrindən istifadəyə və təhsil proqramlarında müvafiq dəyişikliklərin aparılmasınadək bir sıra istiqamətləri əhatə edir.

Nazir müavini qeyd edib ki, STEAM təhsilinin genişlənməsi bu strateji sənədlərin icrası nəticəsində mümkün olub. Həsən Həsənli iqlim dəyişikliyi və təhsildə qlobal çağırışların öhdəsindən gəlmək üçün regional əməkdaşlığın vacibliyini vurğulayıb, həmçinin su ehtiyatlarından səmərəli istifadə və bu istiqamətdə həyata keçirilən maarifləndirmə layihələrinin iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm rol oynadığını bildirib.

İSESKO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə çıxış edərək bildirib ki, təhsil dəyişiklik yaratmaq üçün ən güclü və davamlı qüvvədir. O qeyd edib ki, iqlim böhranı dünyanın, təbiətin və cəmiyyətlərin gələcəyini təhdid edir. Bu səbəbdən biz ənənəvi tədris yanaşmalarından kənara çıxaraq davamlılıq, ekoloji məsuliyyət və iqlim dözümlülüyünü təhsil sistemlərinin mərkəzinə daxil etməliyik. ‘Yaşıl təhsil’ sadəcə bir konsepsiya deyil, zərurətdir. 

Məryəm Qafarzadə vurğulayıb ki, Cənubi Qafqaz, Mərkəzi Asiya və qonşu regionları əhatə edən İSESKO-nun Bakı Regional Ofisi təhsilin iqlim dəyişikliklərinə qarşı mübarizədə aparıcı rol oynaması üçün vacib platformadır.

İSESKO-nun Təhsil sektorunun rəhbəri Heddi Jatu Sey çıxışında bildirib ki, bu dövrdə təhsil artıq sadəcə öyrətmək vasitəsi deyil, həm də cəmiyyətlərin və sistemlərin transformasiyası üçün əsas gücə çevrilməlidir. Heddi Jatu Sey qeyd edib ki, İSESKO Kembric Universiteti ilə əməkdaşlıq çərçivəsində “Yaşıl təhsil siyasəti” sənədini hazırlayıb və bu sənəd üzv dövlətlərə iqlim dəyişikliyi ilə mübarizədə dəstək məqsədi daşıyır. O bildirib ki, İSESKO-nun təhsil sahəsindəki bölmələri üzv dövlətlərin iqlim fəaliyyətini təhsil proqramlarına daxil etməsi üçün böyük səylə çalışır. 

Açılışda həmçinin İSESKO və Kembric Universitetinin nümayəndələri tərəfindən “Yaşıl təhsil çərçivəsi və onun regional əhəmiyyəti” mövzusunda təqdimat olub.

Çıxışlardan sonra seminar öz işini interaktiv sessiyalarla davam etdirib. Sözügedən ölkələrin nümayəndələri “Yaşıl təhsil” üzrə milli təcrübə və nailiyyətlərini təqdim ediblər. Sessiyalar zamanı tədris proqramlarının, müəllim hazırlığının və məktəb infrastrukturunun “yaşıl təhsil” prinsipləri ilə uyğunlaşdırılması üzrə regional əməkdaşlığın vacibliyi vurğulanıb.

Qeyd edək ki, seminarın ikinci günündə beynəlxalq ekspertlərin iştirakı ilə “Təhsil siyasətinin formalaşdırılması” mövzusunda interaktiv panel müzakirəsi təşkil ediləcək. Panel müzakirəsində qlobal təhsil siyasətinin formalaşdırılmasında atılan əsas addımlar, milli kontekstə uyğun və dayanıqlı təhsil sisteminin qurulması, həmçinin iqlim dəyişikliyi və “yaşıl təhsil”lə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. 

Seminarın yekununda İSESKO və Elm və Təhsil Nazirliyi tərəfindən regional səviyyədə ümumi tövsiyələrin hazırlanması və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdə tutulub.

edu.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi