AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Akademik Telman Əliyev: “İnstitut əməkdaşlarının yerinə yetirdiyi işlər kifayət qədər effektiv və qənaətbəxş nəticələr verir”

22.04.2020 / Xəbərlər

AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik T.A.Əliyev aprel ayının 21 onlayn müsahibə vasitəsi ilə Karantin dövründə İnstitutun elmi fəaliyyəti haqqında danışmışdır.
T.A.Əliyev öz müsahibəsində İnstitutun əməkdaşlarının karantin dövründə də elmi fəaliyyətlərini davan etdirdiklərini və mütəmaddi olaraq əlaqə saxlayaraq görülən işlər barəsində hesabat verdiklərini söyləmişdir: “İnstitutun əməkdaşları tərəfindən İki avroasiya patenti alınmışdır və iki patent Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə Avroasiya patenti alınması üçün təqdim edilmişdir. Bu dövr ərzində 17 elmi əsər nüfuzlu jurnallarda, o cümlədən 5-i Veb of Science bazasında dərc olunmuşdur, həmçinin 8 məqalə müxtəlif jurnallara və 3 monoqrafiya  çapa təqdim etmək üçün hazırlanmışdır, xaricdə və Respublikada keçiriləcək Beynəlxalq konfranslara 11 əsər təqdim edilmişdir. 19 məqalə çapa təqdim olunmuşdur, onlardan 15 xarici jurnallara, o cümlədən 6 Veb of Science və 3-ü Skopuc bazalarda yerləşən. 3 monoqrafiya çapa təqdim edilmişdir, onlarda çox aktual mövzulara həsr edilmiş monoqrafiyalardır. Bundan başqa, gənc alimlər dissertasiyalar üzərində və onlayn şəkildə elmi rəhbərləri ilə əlaqə quraraq birgə çalışıblar. Hal hazırda 2 dissertasiya müdafiyəyə təqdim edilmək üçün hazırdır. İnstitutda 29 mart 2020-ci il tarixindən başlayaraq I kurs magistrantlar üçün distant tədris təşkil edilmişdir. Magistrantlar dərs proqramına uyğun olaraq dərslərinə davam edirlər.”

Akademik institutun alimləri Qəmbər Quluyev və Fərhad Paşayevlə birgə ciddi layihənin üzərində çalışdıqları barədə məlumat vermişdir: “Bildiyiniz kimi, 11 Mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədləri imzalanmışdır  və bu sənədlərdən biri də Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutu arasında Anlaşma Memorandumu olmuşdur. Bu sənəd əsasında aşağıdakı layihənin yerinə yetirilməsi nəzərdə tutulub -  “Zəlzələnin başlanmasının seysmookustik nois monitorinqi və onun ocağının zonası barədə xəbərdarlıq sistemi”. Bu ciddi bir layihədir və onun əsasında həm Türkmənistanda, həm də Azərbaycanda bir neçə seysmookustik stansiya tikilməlidir, onlar bir biri ilə radio kanal vasitəsi ilə, peyk vasitəsi ilə əlaqələndirilməlidir, və hər iki ölkənin stansiyalarında monitorinq mərkəzi olmalıdır, qərar qəbuletmə sistemi olmalıdıdr. Və nəticədə bu stansiyaların birgə işləməsi nəticəsində hər iki ölkədə anomal seysmik proseslərin başlanması monitorinq ediləcəkdir zəlzələdən təxminən 10-20 saat əvvəldən və bunun nəticəsində zəlzələnin baş verəcəyi barədə xəbərdarlıq etmət mümkün olacaqdır. Hal hazırda layihənin üzərində ciddi işlər aparılır və yaxın vaxtlarda bu işi başa çatdıracayıq. Bu yaxınlarda Türkmənistan tərəfi ilə video bağlantı qurulacaq və video müzakirə keçiriləcək. Bu müzakirədən sonra layihənin eskiz variantı üzərində işlər başlanacaqdır”.

T.A.Əliyev müsahibəsində son zamanlar dünyada baş verənlər nəticəsində neftə olan tələbatın azaldığını, və neftin qiymətinin aşağı düşdüyünü söyləmişdir. Bunun nəticəsində bir sıra neft mədənlərində rentabelliyi aşağı olan quyuların dayandırıldığını söyləmişdir. Lakin İnstitut tərəfdən tətbiq edilən sistem nəticəsində elektrik enerjisinin qənaəti və başqa faktorlar hesabına həmin quyuların rentabelliyi artır və həmin quyuların işləməsi əlverişli olur. Akademik həmin sistemin tətbiq olunduğu quyuların işlərinin dayandırılmadığını və onların effektiv olduğunu vurğulamışdır. Akademikin sözlərinə görə vaxtı ilə yaradılan sistem effektiv olduğunu göstərmiş və gələcəkdə Azərbaycanda və xarici ölkələrdə bütün gücdən düşmüş mədənlərin hasilat quyularında tətbiq edilə biləcəyini söyləmişdir. T.A.Əliyev gələcəkdə neft mədənləri üçün hasilat quyularını su vurma quyuları ilə əlaqələndirərək onların su hopma rejimində işləməsini təşkil edərək bu effektivliyin dəfələrcə artacağını əminliklə söyləmişdir. T.A.Əliyev bu işlərin AMEA-nın və ölkəmizin nailiyyətlərindən biri hesab edilə biləcəyini bildirmişdir.

T.A Əliyev gələcəkdə yerinə yetiriləcək elmi işlərin planda olduğunu, və bu işlərin hamısının institutun alimlərinin aldığı elmi-nəzəri işlərin əsasında qurulduğunu söyləmişdir.
T.A.Əliyev İnstitutun əməkdaşlarının yerinə yetirdiyi işləri qənaetbəxş və kifayət qədər effektiv hesab etdiyini söyləmişdir.

Müsahibənin sonunda T.A.Əliyev ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyasına qarşı görülən tədbirlər nəticəsində epidemiyanın yaxında başa çatmasını və İnstitutda yerinə yetirilən işlərin real laboratoriyalarda davam etdirilməsini arzu etmişdir.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi