AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə müsahibə mərhələsi davam edir

21.10.2025 / Xəbərlər

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə Bakı, Gəncə, Şəki, Bərdə və Göyçay şəhərlərində müsahibə mərhələsi davam edir.

Məlumat üçün qeyd edək ki, sertifikat əldə etmək üçün elektron qeydiyyat 6 oktyabr 2025-ci il tarixində sona çatıb. 2934 nəfər öz müraciətini təsdiq edib, onlardan 699 nəfərə tələblərə uyğun olmadığı və ya anket məlumatlarında çatışmazlıq olduğu üçün DİM tərəfindən müsbət cavab verilməyib. Yekunda 2235 nəfər müsahibə mərhələsinə buraxılıb.

Xatırladaq ki, namizədlərə zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesinin hər bir mərhələsində yalnız bir dəfə iştirak etmək hüququ verilir.

Müraciəti DİM tərəfindən təsdiq edilən namizədlərə növbə ilə müsahibəyə qeydiyyatla  bağlı elektron poçt və "sms" göndərilir. Həmin namizədlər elektron anketə daxil olaraq özlərinə uyğun olan müsahibə günü və vaxtını seçirlər. Müsahibəyə dəvət edilən namizəd ona təqdim olunmuş müsahibə günü və vaxtı ilə bağlı seçim etmədikdə bu onun zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması prosesində iştirak etməkdən imtina etməsi kimi qiymətləndirilir.

Namizədlər aşağıdakı sənədləri təqdim etməklə müsahibədə iştirak edirlər:

  • Şəxsiyyət vəsiqəsi;
  • Elektron anket (zal nəzarətçisi sertifikatına müraciət zamanı təsdiq edilmiş anket);
  • İş yeri haqqında arayış (pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olan və ya dövlət qulluğu sertifikatı olan (dövlət qulluğu haqqında qanunun tələbinə görə dövlət qulluqçuları müraciət edə bilməzlər) şəxslərdən arayış tələb olunmur. 1) İş yerindən arayış tərtib olunma tarixi göstərilməklə təşkilatın blankında çap olunur, təşkilatın və ya struktur bölmənin rəhbəri tərəfindən imzalanır. 2) Namizəd bu arayışla birlikdə iş yeri haqqında arayışın elektron hökümət portalından çıxarışını da təqdim etməlidir;
  • Məhkumluq barədə arayış;
  • Vətən Müharibəsi iştirakçısı olduğu haqqında sənəd (olduğu təqdirdə);
  • “Əməkdar müəllim” olduğu haqqında sənəd (olduğu təqdirdə).

Namizədin təhsil haqqında sənədi və dövlət qulluğu sertifikatı DİM-in elektron bazası əsasında yoxlanılır.

Müsahibə zamanı namizədin fiziki və psixoloji cəhətdən sağlamlığı, ümumi dünyagörüşü, nitqi, emosional davamlılıq və stres vəziyyətində işləmək bacarığı yoxlanılır. Nəticə məqbul və ya qeyri-məqbul olaraq qiymətləndirilir. Namizəd müsahibəyə gəlmədikdə bu, onun sertifikatlaşdırma prosesində iştirakdan imtina etməsi kimi qiymətləndirilir. Müsahibədən keçən namizədlər müəyyən edilmiş vaxtda ümumi intellektual səviyyəni və situasiya mühakimə bacarıqlarını yoxlayan ilkin test imtahanı mərhələsinə dəvət edilirlər.

Müsahibə mərhələsi üçün vaxt seçimi edən 596 namizəddən 473 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılmış, 60 nəfər qeyri-məqbul qiymətləndirilmiş, 63 nəfər isə bu mərhələdə  iştirak etməmişdir.

Məlumat üçün qeyd edək ki, müsahibə mərhələsinin bütün regionlar üzrə noyabr ayının sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.

Müsahibələr DİM-in inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) və regional bölmə mərkəzlərində Mərkəzin məsul əməkdaşları tərəfindən aparılır.

Elektron qeydiyyat və digər mərhələlərlə bağlı suallarınız yaranarsa, [email protected]  poçt ünvanına və 0552071131 (vatsap aktivdir) mobil nömrəsinə yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları  ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.

dim.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi