AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Amerikalı alim Fermi paradoksunun yeni izahını təklif edib

21.10.2025 / Maraqlı məlumatlar

75 il əvvəl fizik Enrico Fermi belə bir sual vermişdi: bu qədər böyük kainatda biz hələ də ağıllı yadplanetli sivilizasiyanın heç bir izinə niyə rast gəlməmişik? O vaxtdan bəri alimlər bu paradoksa çoxsaylı maraqlı cavablar təklif ediblər. Daha bir cavabı amerikalı alim Robert Corbet irəli sürüb: onun fikrincə, yadplanetlilər bir müddət öz kosmik məkanlarını araşdırıblar, lakin sonradan sadəcə darıxıblar və bu işdən əl çəkiblər. Elə buna görə də onları aşkar etmək çətindir. Ən çox ehtimal edilən variant budur ki, onların texnologiyaları bizimkindən o qədər də irəli deyil, çünki onlar fizikanın yeni qanunlarını kəşf etməyiblər. Bir müddət əvvəl dərc olunmuş məqalədə təsvir edilən ssenari “radikal adilik” prinsipi üzərində qurulub. Bu prinsip, bizim anladığımız səviyyədə olan  texnologiyaları mənimsəyən və dərhal kainatda səyahətə başlayan yadplanetlilər ideyasını rədd edir.

Guardian nəşrinin yazdığına görə, bu yanaşmaya əsasən, Süd Yolu çox güman ki, texnologiyaları bizimkindən cüzi dərəcədə üstün olan azsaylı sivilizasiyaların evi ola bilər. “Məsələ ondadır ki, onlar bizdən daha inkişaf etmiş ola bilərlər, amma çox da yox. Bu, iPhone 42-nin iPhone 17 ilə müqayisəsi kimidir” - deyə Merilend Universitetinin əməkdaşı və NASA Goddard Kosmik Uçuşlar Mərkəzinin tədqiqatçısı Corbet bildirib. “Bu, daha inandırıcı və daha təbii görünür, çünki heç bir həddindən artıq fərziyyə tələb etmir”. Corbet bu fərziyyəni Fermi paradoksunu araşdıran alimlərin izahlarını nəzərdən keçirdikdən sonra irəli sürüb. Fermi paradoksu - ağıllı yadplanetli sivilizasiyaların mövcudluğuna dair inandırıcı sübutların olmaması ilə onların böyük və qədim kainatda mövcud olma ehtimalı arasındakı ziddiyyətdir.

Məsələn, bəzi nəzəriyyələrə görə, yadplanetlilər o qədər inkişaf ediblər ki, onları aşkar etmək mümkün deyil. Bəzi izahlarda isə Yer guya yadplanetlilər tərəfindən “tərk edilmiş kosmik zoopark” kimi təsvir olunur. Digərlərinə görə isə, Yer qalaktikada həyat olan yeganə planetdir. Corbet-in fikrincə, bu nəzəriyyələrin çoxu həddindən artıq qeyri-realdır. Ağıllı həyat formalarını axtaran SETI layihəsi kosmosda inkişaf etmiş sivilizasiyaların mövcudluğunu göstərən “texnosiqnaturaları”, yəni texnoloji izləri aşkar etməyə çalışır. Lakin “radikal adilik” prinsipi fərz edir ki, yadplanetlilər texnoloji baxımdan elə bir səviyyəyə çatıb ki, bu səviyyə bizim imkanlarımızdan çox da üstün deyil. Onların nə işıq sürətindən daha tez hərəkət edə bilən kosmik gəmiləri, nə də köstəbək yuvalarından keçmək üsulları var.

Onlar fizikanın yeni qanunlarını da kəşf etməyiblər. Əgər bu belədirsə, onda yadplanetli sivilizasiyalar üçün lazer siqnalları göndərmək çox çətin olardı. Onlar ağıllı həyat axtarışında planetlər arasında məqsədsiz şəkildə səyahət etməzdilər. Qalaktikanı avtomatik kosmik aparatlar vasitəsilə araşdırmaq isə ötürülən məlumatların monotonluğu səbəbindən onları darıxdıra bilərdi, buna görə də, çox güman, kosmik tədqiqatları tamamilə dayandırıblar. Elmi-fantastika yazıçısı Arthur Clarke-a aid edilən məşhur sözlər belədir: “İki ehtimal var: ya biz kainatda təkik, ya da deyilik. Və hər ikisi eyni dərəcədə qorxuludur”. Corbet isə hesab edir ki, həqiqət çox güman, bu iki fikrin ortasında - “daha adi və buna görə də daha az qorxulu bir kainatda” yerləşir. O əlavə edir ki, “əlaqə baş tutsa, bu, bizi bir qədər məyus edə bilər”.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi