AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Süni intellekt yeniyetmələri daha sürətli düşünməyə vadar, lakin bir faktora mənfi təsir göstərir

21.10.2025 / Maraqlı məlumatlar

Süni intellekt yeniyetmələrin idrak proseslərini aktiv şəkildə dəyişdirir - onları daha sürətli düşünməyə vadar edir, lakin analiz dərinliyinə mənfi təsir göstərir. Bu nəticə Oxford University Press tərəfindən aparılmış yeni tədqiqatın əsas qənaətlərindəndir. Business Insider nəşrinin məlumatına görə, tədqiqat avqust ayında Böyük Britaniyada 13-18 yaş arası 2000 şagird arasında keçirilmişdir. Təxminən 80% respondent etiraf edib ki, ev tapşırıqlarını yerinə yetirmək üçün süni intellekt alətlərindən istifadə edirlər və bu, onlara mürəkkəb tapşırıqları daha sürətli həll etməyə kömək edir. Educational Neuroscience Hub Europe direktoru və hesabatın həmmüəllifi Erika Galea bildirib ki, müasir şagirdlər artıq bu cür rəqəmsal sistemlər ilə birgə düşünməyə başlayırlar - onlar daha çevik və sürətli olurlar, lakin bəzən müstəqil düşünmə qabiliyyətini itirirlər.

 

O, əlavə edib ki, əsas məqsəd texnologiyalara yiyələnmək deyil, “sintetik idrak” və süni intellekt dövründə insan düşüncəsinin dərinliyini qorumaq olmalıdır. Oksford tədqiqatçılarının terminologiyasında “sintetik idrak” anlayışı, süni intellektlə birgə böyüyən və alqoritmlərlə yanaşı inkişaf edən yeniyetmələrin - yəni “Süni intellekt ilə doğulmuş nəsil”in yeni düşüncə tərzini xarakterizə edir. Tədqiqat texnologiyaların ikili təsirini ortaya qoyub. Tələbələrin 90%-dən çoxu bildirib ki, süni intellekt onlara ən azı bir akademik bacarığı inkişaf etdirməyə kömək edib. Lakin 60% iştirakçı eyni zamanda mənfi təsirlərin də olduğunu vurğulayıb. Xüsusilə, sorğuda iştirak edənlərin 1/4-i hesab edir ki, süni intellekt öyrənmə prosesini həddindən artıq asanlaşdırır, hər 10 nəfərdən biri isə yaradıcılıq bacarıqlarının məhdudlaşdığını və tənqidi düşünmə ehtiyacının azaldığını qeyd edib. Bundan əlavə, bəzi tələbələr artıq süni intellektdən asılılıq nümayiş etdirir və bunu açıq şəkildə etiraf edirlər.
 
Müəllimlər də bu narahatlığı bölüşürlər: tələbələrin 1/3-i bildirib ki, onların müəllimləri dərslərdə süni intellektdən istifadə edərkən özlərini əmin hiss etmirlər, respondentlərin 51%-i isə məktəblərdən bu alətin məsuliyyətli istifadəsinə dair daha dəqiq təlimatlar almaq istədiklərini qeyd edib. Hesabatın müəllifləri vurğulayırlar ki, təhsil sistemləri süni intellektdən istifadə etməyi öyrənməli, lakin tələbələrin “rəqəmsal sistemlər kimi düşünmələrinə” yol verməməlidirlər. “Generation Alpha in the Classroom” kitabının müəllimi və həmmüəllifi Olga Sayer qeyd edib ki, süni intellekt öyrənmə metodlarını dəyişib, lakin məqsədlər eyni qalıb. Onun sözlərinə görə, təhsilin əsas məqsədi əvvəlki kimi qalır - müstəqil və yaradıcı düşünmək, həmçinin şəxsiyyət kimi inkişaf etmək. Oksford tədqiqatçıları təhsil müəssisələrini süni intellekt savadlılığını inkişaf etdirməyə, metakoqnitiv bacarıqları təlim etməyə və müəllimləri dəstəkləməyə çağırıblar ki, onlar tələbələrə bu yeni reallıqda tarazlığı qorumaqda kömək edə bilsinlər.
 
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi