AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Londonda yeni göz implantı: görmə qabiliyyətini itirmiş pasiyentlər yenidən oxumağı bacarıblar

21.10.2025 / Maraqlı məlumatlar

Londondakı Moorfields Göz Xəstəxanasında həyata keçirilən beynəlxalq tibbi sınaq çərçivəsində görmə qabiliyyətini itirmiş bir qrup pasiyentə göz dibinə implant yerləşdirildikdən sonra onlar yenidən oxumağı və yazmağı bacarıblar.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, cərrahların beş pasiyent üzərində tətbiq etdiyi bu mikroçip implantasiyası əməliyyatının nəticələri “heyrətamiz” adlandırılıb. Əməliyyatı həyata keçirən həkim bildirib ki, bu texnologiya göz xəstəliklərinin müalicəsində inqilabi dönüş nöqtəsi ola bilər.

Yeni texnologiya quru yaşa bağlı makulyar degenerasiya (AMD) xəstəliyinin inkişaf etmiş forması -coğrafi atrofiyadan əziyyət çəkən pasiyentlər üçün ümid yaradır. Hazırda bu xəstəlik Böyük Britaniyada 250 min, dünyada isə 5 milyondan çox insanı təsirləndirir.

Xəstəliyin gedişatında torlu qişanın mərkəzindəki hüceyrələr tədricən məhv olur, bu isə bulanıq və ya təhrif olunmuş mərkəzi görməyə, rəng və detalları seçmək qabiliyyətinin itirilməsinə səbəb olur.

Əməliyyat zamanı həkimlər torlu qişanın altına 2 mm ölçüdə, insan tükü qalınlığında fotovoltaik mikroçip yerləşdiriblər. Daha sonra pasiyentlər videokamera ilə təchiz edilmiş xüsusi eynəklər taxıblar. Kamera görüntüləri infraqırmızı şüa vasitəsilə implanta ötürülür, oradan cib prosessorunda aydınlaşdırılır və görmə siniri vasitəsilə beyinə ötürülür. Nəticədə pasiyentlərə qismən görmə qabiliyyəti bərpa olunur.

Pasiyentlər əməliyyatdan sonra bir neçə ay ərzində beyinin yeni görüntüləri tanıma və şərh etmə üsuluna uyğunlaşması üçün təlim keçiblər. Həkimlər hesab edirlər ki, bu texnologiya gələcəkdə tam korluq hallarında belə qismən görməni bərpa etmək üçün yeni imkanlar açacaq.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi