AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Yeni “Unitree H2” robotu insana daha çox bənzəyir

21.10.2025 / Maraqlı məlumatlar

“Unitree Robotics” şirkəti ən yeni ixtirası olan humanoid tipli “Unitree H2” robotunu təqdim edib. Şirkət tərəfindən yayımlanan təqdimat videosu peşəkar dairələrdə böyük rezonans doğurub və kommersiya məqsədli robot üçün qeyri-adi çeviklik və sabitlik nümayiş etdirib.

AZƏRTAC dünya mediasına istinadla xəbər verir ki, nümayiş edilən videolarda əsas təəssürat robotun demək olar insanı heyrətləndirəcək dərəcədə hamar hərəkətləridir. H2 sadəcə yerimir, rəqs edir, döyüş sənəti elementlərini yerinə yetirir və məkanda dinamik şəkildə hərəkət edir. Bu dərəcədə azadlıq və koordinasiya robotexnikada insanla maşın arasındakı sərhədin hansı sürətlə itməkdə olduğunu göstərir.

“Biz insanların dünyası ilə qarşılıqlı əlaqə qura biləcək universal platforma yaratmağa diqqət yetirmişik. Hamar hərəkət real qarşılıqlı əlaqənin açarıdır”, – deyə şirkətin mühəndisi qeyri-rəsmi şərhində bildirib.

Boyu 180 santimetr, çəkisi təxminən 70 kiloqram olan H2 tamölçülü humanoid robotdur və istehsalçıların sözlərinə görə, qaçmağa da qadirdir. Yeni robotun tam texniki xüsusiyyətləri hələlik kommersiya sirri olaraq saxlanılsa da, onun əvvəlki modellə müqayisədə mühüm texnoloji sıçrayış etdiyi vizual olaraq aydın görünür. Demonstrasiya səhnələrində robotun davranışı yüksək sabitlik və dəyişkən relyefə uyğunlaşma qabiliyyətindən xəbər verir.

“Fantastik gələcək” effektini gücləndirən digər məqam H2 robotunun bionik üzə malik olmasıdır. Onun funksionallığı açıqlanmasa da, bu faktın özü belə robota psixoloji baxımdan insanlara daha yaxın, eyni zamanda müşahidəçilər üçün bir qədər narahatedici görünüş qazandırır və məşhur elmi-fantastik filmlərin obrazlarını xatırladır.

Ekspertlər qeyd edirlər ki, “Unitree H2”nin bazara çıxışı humanoid robotlar sektorunda rəqabəti ciddi şəkildə gücləndirə bilər. İndiyədək bu sahədə əsasən Amerika şirkətləri üstünlük təşkil etsə də, Çin istehsalçısı açıq şəkildə göstərib ki, dünənə qədər laboratoriya prototipi hesab olunan texnologiyalar bu gün real dünyaya çıxmağa tam hazırdır.

azertag.az

Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi