AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Dövlət İmtahan Mərkəzində ingilis, fransız, alman və Azərbaycan dili (dövlət dili) fənləri üzrə ilk elmi-metodik seminar keçirilib

22.10.2025 / Xəbərlər

20 oktyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzində (DİM) ingilis, fransız, alman və Azərbaycan dili (dövlət dili) fənləri üzrə ümumi (9 illik) orta təhsil səviyyəsinə dair fənn proqramlarının müzakirəsinə həsr olunmuş ilk elmi-metodik seminar keçirilib. Tədbirin əsas məqsədi xarici dillər və Azərbaycan dili (dövlət dili) üzrə DİM-in rəsmi internet səhifəsində layihə şəklində təqdim olunan imtahan proqramlarının məzmununu elmi-metodik baxımdan təhlil etmək, 2025/2026-cı tədris ilində qüvvədə olan dərsliklərin məzmunu nəzərə alınmaqla proqramlarda edilmiş dəyişiklikləri və metodik yanaşmaları müzakirə etmək, həmçinin proqramların təkmilləşdirilməsi istiqamətində təkliflər formalaşdırmaq olub.

Qeyd edək ki, 2025-ci ilin sentyabr ayından etibarən ümumi və tam orta təhsil səviyyələri üzrə həm buraxılış imtahanlarının, həm də ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar layihə şəklində Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet səhifəsində yerləşdirilib.

Hər fənn üzrə ayrıca təşkil olunan seminarlarda Bakı və Sumqayıt şəhərlərinin ümumi təhsil və ali təhsil müəssisələrinin nümayəndələri, eləcə də DİM-in Naxçıvan, Gəncə, Şirvan, Şəki, Bərdə, Xaçmaz, Şəmkir və Göyçay regional bölmələrinin əməkdaşları onlayn bağlantı vasitəsilə iştirak ediblər.

Tədbiri Dövlət dili və xarici dillər üzrə şöbənin müdiri Könül Hacıyeva açaraq hər bir fənn üzrə seminarın məqsəd və vəzifələrini və növbəti görüşlərdə görüləcək işlərin istiqamətlərini təqdim edib. İngilis dili fənni üzrə keçirilən seminarda fənn üzrə seminar rəhbəri filologiya üzrə fəlsəfə doktoru Şəhla Musayeva, fransız dili üzrə seminar rəhbəri filologiya üzrə fəlsəfə doktoru, professor Çəmən Babaxanova, alman dili fənni üzrə seminar rəhbəri baş müəllim Raya Həsənova ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramının məzmunu barədə  çıxış ediblər. Daha sonra seminar iştirakçılarının ünvanladığı suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

Seminarlar çərçivəsində iştirakçılar tərəfindən fənn proqramlarının dilçilik komponentlərinə dair bir sıra elmi-metodik təkliflər irəli sürülüb. İştirakçılardan daxil olan elmi və metodik rəylər nəzərə alınmaqla proqramlara kiçik dəyişikliklər edilib və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə qeyd olunan fənlər üzrə imtahan proqramları yekun redaktədən sonra təsdiqlənib.

Yuxarıdı göstərilən fənlər üzrə növbəti elmi-metodik seminarın 27 oktyabr 2025-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Seminarda tam (11 illik) orta təhsil səviyyəsinə aid fənn proqramlarının elmi-metodik baxımdan təhlili planlaşdırılır.

dim.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi