AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Oktyabrın 20-də Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və informatika fənləri üzrə ilk seminarlar keçirilib

22.10.2025 / Xəbərlər

Seminarlarda gündəlik məsələlər: Azərbaycan dili fənnindən ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı, informatika fənnindən isə ali təhsil müəssisələrinə I (Rİ altqrupu) ixtisas qrupu üçün qəbul imtahanı proqramlarının müzakirəsi olub.

Seminarlarda orta ümumtəhsil və  ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və  Azərbyacan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutların müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda DİM-in regional bölmələri (Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Bərdə, Xaçmaz, Şəmkir, Göyçay) ilə onlayn bağlantı vasitəsilə həmin bölgələrdəki müəllimlər də müzakirələrə qoşulublar.

Seminarlarda Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva iştirakçıları salamlayaraq iş planı haqqında ətraflı məlumat verib. O qeyd edib ki, seminarlarda birinci vacib məsələ proqramların müzakirəsi və təsdiqidir. Müvafiq fənn kurikulumlarının təlim nəticələrinə və məzmun standartlarının tələblərinə uyğun hazırlanmış proqramlar hələ sentyabr ayından layihə şəklində DİM-in internet səhifəsində yerləşdirilib. Proqramların əsas ədəbiyyat siyahısında dərsliklər göstərilib. Çünki imtahan materialları yalnız dərsliklərə əsaslanır. Əlavə ədəbiyyat siyahısında isə imtahanlara hazırlaşmaq üçün köməkçi materiallar öz əksini tapıb.

Daha sonra Azərbaycan dili fənnindən seminar rəhbəri professor Mirzəyev Ataəmi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramının, informatika fənnindən isə seminar rəhbəri f.r.e.n. Qafarov İsmayıl I ixtisas qrupu üzrə qəbul  proqramının məzmunu, mahiyyətinə dair  çıxış ediblər. Qeyd edilən məsələlərlə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Müzakirələr növbəti həftə davam etdiriləcəkdir.

dim.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi