
Britaniyada yayımlanmış televiziya proqramının aparıcısı qismində süni intellekt çıxış edib
22.10.2025 / Maraqlı məlumatlar
Channel 4 kanalında 20 oktyabr tarixində yayımlanmış Dispatches proqramı süni intellektin aparıcı kimi çıxış etdiyi ilk Britaniya televiziya proqramı olub - bu barədə channel4.com saytı məlumat verib. Britaniyanın sənədli televiziya proqramı Dispatches Birləşmiş Krallıqda və onun hüdudlarından kənarda baş verən aktual hadisələrdən bəhs edir. “Süni intellekt mənim işimi əlimdən alacaqmı?” mövzusuna həsr olunmuş bu sənədli filmdə süni intellektin avtomatlaşdırılmasının tibb, hüquq, moda və musiqi sahələrində iş yerlərini necə dəyişdirdiyi real nümunələrlə izah olunur. Lakin filmin sonunda bildirilir ki, müxtəlif yerlərdən reportajlar aparan proqramın aparıcısı tamamilə süni intellekt vasitəsilə yaradılıb.


