AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Akademik Ramiz Mehdiyev onlayn müşavirə keçirib

01.05.2020 / Xəbərlər

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə onlayn müşavirə keçirilib.

Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının idarə və şöbələrinin rəhbərləri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan akademik Ramiz Mehdiyev koronavirusla mübarizədə vaxtında qətiyyətli addımlar atmış ölkə Prezidenti İlham Əliyevə elmi ictimaiyyət adından dərin minnətdarlığını bildirib. O, fəaliyyətini karantin rejiminin tələblərinə uyğunlaşdıran AMEA-da pandemiya dövründə bir sıra onlayn elmi tədbirlərin, beynəlxalq videokonfransların keçirildiyini, distant  təhsilin uğurla davam etdirildiyini bildirib. AMEA rəhbəri koronavirusdan qorunma üsulları ilə bağlı Azərbaycan alimlərinin televiziya kanallarında, çap və elektron mediada müsahibə və çıxışlar etməsini, məlumat xarakterli materiallar dərc etdirməsini təqdirəlayiq hal kimi dəyərləndirib.

Akademik Ramiz Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, tövsiyə və tapşırıqlarına əməl etməyin vacibliyini diqqətə çatdırıb. Alim bundan sonra da onlayn konfranslara geniş yer verilməsi, elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılması və müxtəlif elm sahələrinin bir-birilə inteqrasiyasının genişləndirilməsinin əhəmiyyətindən danışıb, karantin rejimindən sonra AMEA-nın qarşısında duran vəzifələrdən bəhs edib.

Tədbirdə AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov və İşlər idarəsinin müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədov hesabat xarakterli onlayn çıxışlarında karantin günlərində keçirilən beynəlxalq videokonfranslar, pandemiya dövründə müxtəlif elmi istiqamətlər üzrə aparılan elmi-tədqiqat işləri barədə məlumat verib, görüləcək işlərə dair təkliflərini səsləndiriblər.

Sonra çıxış edən AMEA Rəyasət heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov Azərbaycanda elan olunmuş karantin rejimində akademiyanın beynəlxalq əlaqələri və magistrantların distant təhsili barədə danışıblar.

Onlayn müşavirənin sonunda akademik Ramiz Mehdiyev karantin rejimindən sonrakı mərhələdə Azərbaycan alimlərinin qarşısında duran vəzifələrdən söz açıb, postpandemiya dövründə elmin yeni prioritet sahələrinin müəyyənləşdirilməsinə dair təkliflərin hazırlanması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

mənbə: science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi