AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Süni intellekt köməkçilərinin cavablarında ciddi səhvlər aşkar edilib

24.10.2025 / Maraqlı məlumatlar

Avropa Yayım Birliyi (EBU) və BBC tərəfindən aparılmış yeni araşdırmaya görə, aparıcı süni intellekt köməkçiləri cavablarının demək olar ki, yarısında xəbər məzmununu təhrif edir. Təxminən 45% hallarda süni intellekt köməkçilərinin cavablarında azı bir ciddi səhv aşkarlanıb, 81% cavabda isə ümumiyyətlə müəyyən problem mövcud olub. Araşdırmada Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ABŞ da daxil olmaqla 18 ölkədən 22 dövlət media qurumu iştirak edib. EBU və BBC mütəxəssisləri ChatGPT, Copilot, Gemini və Perplexity kimi aparıcı süni intellekt köməkçilərinin 14 dildə verilmiş 3000 xəbər sualına cavablarını təhlil ediblər. Qiymətləndirmə cavabların dəqiqliyinə, məlumat mənbəyinin göstərilməsinə və fikri faktlardan ayırmaq qabiliyyətinə əsaslanıb.

OpenAI və Microsoft daha əvvəl hallüsinasiyalar probleminin mövcudluğunu - yəni süni intellekt modellərinin məlumat çatışmazlığı kimi səbəblər üzündən yanlış və ya çaşdırıcı məlumat yaratması hallarını - etiraf etmişdilər. Hər iki şirkət bu problemi aradan qaldırmaq üzərində çalışdıqlarını bildiriblər. Öz növbəsində, Perplexity AI xidməti “Dərin tədqiqat” adlı rejimlərindən birinin faktlara uyğunluq baxımından 93.9% dəqiqliyə malik olduğunu iddia edir. Araşdırmaya əsasən, süni intellekt köməkçilərinin cavablarının 1/3-i məlumat mənbəyi ilə bağlı ciddi səhvlər ehtiva edir - məsələn, mənbənin olmaması, çaşdırıcı və ya yanlış şəkildə göstərilməsi. Google-un süni intellekt köməkçisi Gemini cavablarının təxminən 72%-də məlumat mənbəyi ilə bağlı ciddi problemlər aşkarlanıb, digər süni intellekt köməkçilərində isə bu göstərici 25%-dən az olub.

Cavabların təxminən 20%-də isə dəqiqlik problemləri, o cümlədən köhnəlmiş məlumatların təqdim edilməsi halları qeydə alınıb. Reuters Institute tərəfindən hazırlanmış Digital News Report 2025 hesabatına görə, onlayn xəbər istehlakçılarının təxminən 7%-i və 25 yaşdan aşağı insanların 15%-i xəbərləri almaq üçün süni intellekt köməkçilərindən istifadə edir. Avropa Yayım Birliyi bəyan edib ki, süni intellekt köməkçilərinin getdikcə ənənəvi xəbər axtarış sistemlərini əvəz etməsi cəmiyyətin onlara olan etimadını zəiflədə bilər. Bu səbəbdən tədqiqatçılar süni intellekt sahəsində fəaliyyət göstərən şirkətləri xəbər sorğuları ilə işləyən köməkçilərinin keyfiyyətini artırmağa çağırıblar.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi