AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycanda Milli SCADA sisteminin tətbiqi genişlənir

27.10.2025 / Mühüm xəbərlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun Təcrübi İstehsalatlı “Kibernetika” Xüsusi Konstruktor Bürosu Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi tərəfindən elan olunmuş “Bərdə rayonu ərazisində subartezian quyuları üçün nəzarət və idarəetmə sisteminin işlənilməsi və qurulması” üzrə keçirilmiş tenderin qalibi elan olunmuşdur.

Tətbiq olunan sistem AR ETN-nin İdarəetmə Sistemləri İnstitutu və Xüsusi Konstruktor Bürosunda işlənib hazırlanmış və beynəlxalq standartlara cavab verən SCADA (Supervisory Control And Data Acquisition) prinsipi əsasında qurulmuş intellektual nəzarət və idarəetmə sistemidir. Sistem suyun səviyyəsini, temperaturunu və sərfiyyatını real vaxt rejimində ölçür, alınan məlumatları emal edərək  mühərriklərin optimal rejimdə işləməsini təmin edir və eyni zamanda bu məlumatları mərkəzi dispetçer sisteminə ötürür.

Tətbiq olunan sistem vasitəsilə enerjiyə qənaətedici, etibarlı və tam avtomatlaşdırılmış SCADA əsaslı intellektual idarəetmə platforması kimi su təsərrüfatı infrastrukturunda  texnoloji yenilikdir. Onun tətbiqi nəticəsində subartezian quyularının fasiləsiz və sabit rejimdə işləməsi təmin edilir, nasos aqreqatlarının texniki xidməti sadələşir və su ehtiyatlarından istifadənin səmərəliliyi və dayanıqlığı artırılır.

SCADA tipli coğrafi paylanmış idarəetmə sistemləri dünyanın aparıcı şırkətləri tərəfindən işlənilmiş və kritik infrastrukturların nəzarət və idarəetməsində tətbiq olunur. İdarəetmə Sistemləri İnstitutunda və İnstitutun Xüsusi Konstruktor Bürosunda SCADA arxitekturasına əsaslanan intellektual sistemin elmi-tədqiqat və proqram-texniki vasitələri işlənilmiş və praktikada tətbiq olunmağa başlanılmışdır. İlk olaraq bu sistem artıq bir neçə il əvvəl neft sənayesində SOCAR-ın Bibiheybət mədənində təsərrüfat müqaviləsi əsasında tətbiq olunmağa başlanılmışdır və səmərəli istifadə olunur. Qeyd olunan tender isə yeni, milli SCADA sisteminin ölkənin su təsərrüfatında tətbiqinə başlanğıcdır.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi