AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Mərkəzi Elmi Kitabxananın “Yaşıl kitabxanalar” adlı yeni nəşri işıq üzü görüb

28.10.2025 / Xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən hazırlanmış “Yaşıl kitabxanalar” adlı nəşr çapdan çıxıb.

Tədris-metodik vəsaitin elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Vəsaitin müəllifi MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyevadır.

Müəllif kitabda ölkəmizdə ekoloji davamlılıq siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmasını, ekoloji mühitin saflaşdırılmasının dövlət siyasətinin prioritet məsələlərindən biri olduğunu vurğulayıb. S.Məmmədova Prezident İlham Əliyevin ətraf mühitin qorunması ilə bağlı verdiyi sərəncamların, qəbul olunmuş müxtəlif dövlət proqramlarının ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına, iqlim dəyişmələrinin təsirinin yumşaldılması və azaldılmasına xidmət etdiyini qeyd edib. Metodiki vəsaitdə Azərbaycan kitabxanalarının, xüsusilə Mərkəzi Elmi Kitabxananın yaşıl hərəkata uğurla qoşulduğundan bəhs edilib. Kitabxana tərəfindən həyata keçirilən çoxsaylı tədbirlər, elmi-praktiki konfranslar, virtual və ənənəvi sərgilər, MEK-in tərtibatında işıq üzü görən “Təbiət bir kitabdır”, “Azərbaycan ekologiyası” adlı nəşrlərin “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfə kimi dəyərləndirilib.

Nəşrdə eyni zamanda, dünyada yaşıl kitabxanalar, yaşıl kitabxana bina standartları, İFLA-nın yaşıl kitabxanalar sahəsində fəaliyyəti, dünyanın ən məşhur yaşıl kitabxanaları haqqında məlumatlar yer alıb.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamının daxil edildiyi metodiki vəsait “Azərbaycanda ekoloji davamlılıq və yaşıl dünya naminə həmrəylik”, “Yaşıl kitabxanalar”, “Yaşıl kitabxana bina standartları”, “Dünyada Yaşıl Kitabxana Assosiasiyaları”, “Dünyanın yaşıl kitabxanaları”, “Azərbaycan kitabxanalarında yaşıl hərəkat”, “Davamlı gələcək üçün kitabxanalar”, “Yaşıl Kitabxanalar Manifesti: iqlim dəyişikliyinə qarşı mübarizəyə sadiq olan kitabxanalar” başlıqlı bölmələrə ayrılıb.

Kitab kitabxanaçılar, kitabxana sahəsi ilə maraqlanan oxucular, ali məktəb müəllimləri və tələbələri üçün nəzərdə tutulub.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi