
"Mühəndislik və Tətbiqi Elmlərin Aktual Problemləri" I beynəlxalq elmi-praktiki konfransı keçiriləcək
28.10.2025 / Xəbərlər
27-29 noyabr 2025-ci il tarixlərində Bakı şəhərində "Mühəndislik və Tətbiqi Elmlərin Aktual Problemləri" I beynəlxalq elmi-praktiki konfrans (ICCPEAS 2025) keçiriləcək.
Konfransın Proqram Komitəsi təqdim olunan məqalələrin həm fundamental, həm də tətbiqi əhəmiyyətinə böyük önəm verir. Konfransın mövzuları mühəndislik sahələrinin geniş spektrini, o cümlədən elektrik və elektronika mühəndisliyi, ekologiya mühəndisliyi, mexanika mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi, kompüter mühəndisliyi, bərpa olunan enerji texnologiyaları və materialşünaslığı bir tədbir çərçivəsində birləşdirməyə imkan verir.
Tezislər toplusu və konfrans materialları çap formatında nəşr olunacaq, onların elektron versiyası konfransın rəsmi saytında yerləşdiriləcək. 4-8 səhifəlik tam mətn konfrans materialları konfrans başa çatdıqdan sonra rəsmi websaytda elektron versiyada yayımlanacaqdır. Konfransın Elm Komitəsi tərəfindən seçilmiş məqalələrin müəlliflərinə Scopusda indekslənən UNEC Journal of Engineering and Applied Sciences (www.unec-jeas.com) və Applied Solar Energy (https://link.springer.com/journal/11949) jurnallarında nəşr olunmaq üçün təkliflər (seçilmiş işlərin müəlliflərinə tam məqalələrin təqdim edilməsi üçün dəvət və təlimatlar) göndəriləcəkdir
Vacib tarixlər:
- Qeydiyyatın son tarixi: 15 oktyabr 2025
- Tezislərin təqdim olunması üçün son tarix: 15 oktyabr 2025
- Tam məqalələrin təqdim olunması üçün son tarix: 10 noyabr 2025
- Qəbul barədə məlumat: 15 noyabr 2025
ICCPEAS konfransı və təqdimat qaydaları haqqında daha ətraflı məlumat üçün konfransın rəsmi saytına keçid: https://iccpeas.com/.


