AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda müzakirələr keçirilib

29.10.2025 / Xəbərlər

Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin təşkilatçılığı ilə nazirliyin və tabe qurumların nümayəndələrinin, ali təhsil müəssisələrinin rəhbərlərinin və digər səlahiyyətli şəxslərin iştirakı ilə “Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda müzakirələr keçirilib.

Ənənəvi olaraq keçirilən tədbirin məqsədi növbəti tədris ili üçün bakalavriat, magistratura və doktorantura səviyyələrində tələbə qəbulu planlarının hazırlanması, qəbul prosesində mövcud vəziyyətin təhlili, həmçinin bu istiqamətdə gələcək fəaliyyətin əsas prioritetlərinin müəyyənləşdirilməsi olub.

Tədbiri açan elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli qeyd edib ki, bu formatda müzakirələrin təşkili artıq ikinci ildir həyata keçirilir və qəbul planlarının formalaşdırılmasında elmi əsaslara, analitik təhlillərə və məqsədyönlü qərarvermə prosesinə xidmət edir. Onun sözlərinə görə, qəbul planlarının hazırlanması zamanı üzə çıxan çağırışların və meyillərin dərin təhlili ali təhsil sisteminin uzunmüddətli inkişaf strategiyasının düzgün istiqamətdə qurulmasına şərait yaradır.

Nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman öz növbəsində tələbə qəbulu ilə bağlı aparılan analitik işlərin təhsil proqramlarının aktuallığının qiymətləndirilməsində və əmək bazarının ehtiyaclarının öyrənilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. O bildirib ki, bu istiqamətdə görülən işlər növbəti illərdə təhsilin məzmununun daha çevik və nəticəyönlü şəkildə formalaşdırılmasına xidmət edəcək.

Müzakirələr zamanı ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair geniş statistik təhlil təqdim olunub. Qeyd edilib ki, bu təhlillərin nəticələri növbəti tədris ili üçün proqnozlaşdırma və planlaşdırma prosesində əsas göstəricilərdən biri kimi nəzərə alınır. 2024-cü ildə aparılan analizlər nəticəsində aktuallığını itirmiş ixtisaslar təsnifatdan çıxarılıb, bəzi ixtisasların aid olduqları qruplar yenidən müəyyənləşdirilib, əmək bazarının tələblərinə uyğun olaraq yeni ixtisaslar təsnifata əlavə edilib. Bu dəyişikliklər növbəti illər üzrə qəbul siyasətinin daha çevik və məqsədyönlü şəkildə həyata keçirilməsinə imkan yaradır.

Müzakirələrdə ali təhsil müəssisələrinin nümayəndələri də fəal iştirak edərək öz təklif və müşahidələrini bölüşüb, gələcək qəbul planlarında nəzərə alınmalı istiqamətlər barədə fikir mübadiləsi aparıblar.

edu.gov.az

Tweet
ELANLAR
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 27.10.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi