AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İlk süni superintellekt öyrənmə qabiliyyətinə görə insanı geridə qoyacaq

29.10.2025 / Maraqlı məlumatlar

OpenAI və Google DeepMind kimi nəhənglər süni intellekt modellərini və hesablama gücünü genişləndirməyə üstünlük verdikləri bir vaxtda, Thinking Machines Lab tədqiqatçısı Rafael Rafailov superintellektin yaradılması üçün alternativ yanaşma təklif edib. O bildirib ki, süni intellektin gələcəyi təlimin həcminə deyil, onun keyfiyyətinə bağlıdır. Onun sözlərinə görə, ilk superinsan səviyyəsində süni intellekt gücü ilə deyil, öz təcrübəsindən öyrənmək və uyğunlaşmaq bacarığı ilə fərqlənəcək. Məhz bu cür sistemlərin üzərində OpenAI-nin keçmiş texniki direktoru Mira Murati tərəfindən yaradılmış və artıq 2 milyard dollar investisiya cəlb etmiş Thinking Machines Lab startapının işləyəcəyi ehtimal olunur. “İlk superintellekt insanı öyrənmə qabiliyyətinə görə geridə qoyacaq” - deyə Rafael Rafailov San-Fransiskoda keçirilmiş TED AI konfransında bildirib.

Onun sözlərinə görə, belə bir süni intellekt anlayışları dərin şəkildə dərk edə, çevik şəkildə uyğunlaşa, öz fərziyyələrini irəli sürə, təcrübələr apara və fikirlərini yoxlamaq üçün ətraf mühiti istifadə edə biləcək. Rafailov, milyardlarla dollar investisiya yatıraraq modellərin və məlumatların miqyasını artırmağa çalışan OpenAI, Anthropic və Google DeepMind şirkətlərinin yanaşmasını tənqid edib. Onun fikrincə, süni intellekt sistemlərinə çatışmayan şey hesablama gücü deyil, öz təcrübəsindən öyrənmək qabiliyyətidir. Problemi izah etmək üçün tədqiqatçı süni intellekt proqramçılarından nümunə gətirib. Onların mürəkkəb tapşırıqları - məsələn, kodu analiz etmək və funksiyaları həyata keçirmək - bacarığına baxmayaraq, bu sistemlər əldə etdikləri təcrübəni saxlamır və bilik toplaya bilmirlər.

İnsandan fərqli olaraq, süni intellekt zamanla bacarıqlarını inkişaf etdirmir - o, hər dəfə “öyrənməyə sıfırdan başlayır”. Əslində, model üçün hər “iş günü” birinci kimidir. Rafailov həmçinin bu cür agentlərin proqramda səhv baş verdikdə işləməyə davam etməyə imkan verən try/except pass kimi konstruksiyalardan istifadə meylinə diqqət çəkib. O bu halın mövcud təlim sistemlərinin məhdudluğunu əks etdirdiyini bildirib: bu modellər sürətli problem həllinə optimallaşdırılıb, ancaq anlama və özünü təkmilləşdirmə qabiliyyətinə malik deyillər. Hesablama gücünün daha da artırılması, həqiqi ümumi süni intellektin yaradılmasına gətirib çıxarmayacaq.

“Biz mövcud paradiqmalar çərçivəsində ümumi süni intellekt və superintellektlə bacara bilmərik” - deyə Rafailov bildirib. Tədqiqatçının fikrincə, miqyası artırmaq əvəzinə diqqət keyfiyyətli məlumatlara və təlim prosesində düzgün mükafatlandırma strukturuna yönəldilməlidir. Rafailov “metaöyrənmə” və ya “öyrənməyi öyrənmə” yanaşmasından istifadə etməyi təklif edir. Bu halda modellərə bir-birindən ayrı tapşırıqlar deyil, tapşırıqlarla və məşqlərlə zəngin strukturlaşdırılmış tədris kursları təqdim olunur. Burada mükafatlandırılan təkcə konkret bir problemi həll etmək deyil, həm də öyrənmə prosesindəki irəliləyiş, abstraksiyaları mənimsəmə və uyğunlaşma qabiliyyətidir. Bu yanaşma tələbənin dərsliyi mərhələli şəkildə mənimsəməsini təqlid edir və artıq AlphaGo kimi sistemlərdə öz səmərəliliyini sübut edib.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi