
Çinlilər insan beyni kimi çalışan soyuducu ölçüsündə superkompüter hazırlayıblar
29.10.2025 / Maraqlı məlumatlar
Keçən əsrin ilk yarısında yaradılmış ilk kompüterlər nəhəng sahələri tuturdular. Müasir superkompüterlərin meydana çıxması ilə vəziyyət əhəmiyyətli dərəcədə dəyişməsə də, çinli tərtibatçılar ölçüləri kiçik məişət soyuducusu ilə müqayisə edilə bilən, kompakt və enerjiyə qənaətcil superkompüter yaratmağa nail olublar. Məlumata görə, BIE-1 (BI Explorer) adlı hesablama sistemi Makao şəhərində keçirilən sənaye forumunda Quandun İntellektual Elmlər və Texnologiyalar İnstitutunun nümayəndələri tərəfindən təqdim edilib. Daha iri superkompüterlərlə rəqabət apara bilən bu sistem dil modellərinin öyrədilməsi və inferens proseslərini yerinə yetirə bilir, həm də bunu 10 qat az enerji sərf etməklə həyata keçirir. Çinli alimlər tərəfindən hazırlanmış neyron şəbəkə insan beyninə xas olan alqoritmlərdən istifadə edir. Tərtibatçıların sözlərinə görə, belə kompakt superkompüterlərdən təkcə kiçik ofislərdə və evdə deyil, həm də mobil mühitlərdə istifadə etmək mümkündür.


