AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Elon Musk, Wikipedia-nın analoqu Grokipedia-nı istifadəyə verib

29.10.2025 / Maraqlı məlumatlar

Elon Musk-ın vəd etdiyi kimi, xAI şirkəti Grokipedia saytını istifadəyə verib - güman edilir ki, süni intellektin köməyi ilə hazırlanmış bu onlayn ensiklopediya illərlə etibar qazanmış Wikipedia-dan daha üstün olacaq. Lakin əslində, yeni platformadakı bəzi səhifələr sadəcə köhnə Wikipedia-dan kopyalanıb. Grokipedia-nın dizaynı hələlik sadədir: əsas səhifədə axtarış sətri yerləşir, məqalələrin quruluşu isə Wikipedia-dakı kimi - başlıqlar, altbaşlıqlar və keçidlərdən ibarətdir. Wikipedia-da platformada istifadəçilər səhifələri redaktə edə bilirlər, lakin məlumata görə, Grokipedia-da bu, ya çox çətin, ya da ümumiyyətlə mümkün deyil. Bəzi məqalələrin yuxarı hissəsində “Redaktə et” düyməsi görünür, lakin ona kliklədikdə yalnız edilmiş dəyişikliklər göstərilir - kim tərəfindən edildiyi isə bildirilmir.

Jurnalistlər öz redaktələrini etməyə çalışsalar da, bu, mümkün olmayıb. Məqalə səhifələrində faktların Grok adlı çat-bot tərəfindən yoxlanıldığı qeyd edilir, baxmayaraq ki, hər bir süni intellekt kimi onun da bəzən hallüsinasiyalara yol verməsi mümkündür. Elon Musk söz verib ki, Grokipedia Wikipedia-nın təkmilləşdirilmiş versiyası olacaq, lakin bəzi məqalələr hələlik köhnə mənbədən sadəcə kopyalanıb. Məsələn, Apple MacBook Air haqqında səhifədə açıq şəkildə qeyd olunur ki, “Material ‘Wikipedia-dan uyğunlaşdırılıb və Creative Commons Attribution-ShareAlike 4.0 lisenziyası altında yayımlanır”.

Eyni vəziyyət Sony PlayStation 5 konsolu və Lincoln Mark VIII avtomobili haqqında məqalələrdə də müşahidə olunur. Sentyabr ayında xAI Grok süni intellekt çat-botu Wikipedia məqalələrini sadəcə sitat kimi gətirdiyinə görə tənqid olunmuşdu. Şirkətin rəhbəri Elon Musk bunu inkar etmədi, lakin ilin sonuna qədər bu problemi aradan qaldıracaqlarına söz verdi. Grokipedia-dakı bəzi məqalələr, məsələn, qlobal istiləşmə mövzusunda olanlar, ənənəvi baxışı təkrarlamır, əksinə, ekofəalların fəaliyyətini dəyərləndirən alternativ mövqelər təqdim edir. Hazırda v0.1 versiyası kimi qeyd olunan Grokipedia portalında 885 000-dən çox məqalə yerləşdirilib. Müqayisə üçün, ingilis dilli Wikipedia-da bu rəqəm təxminən 7 milyondur.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi