AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Süni intellekt hələ iş yerlərini zəbt etməsə də elektrik enerjisi tariflərini qaldırır

29.10.2025 / Maraqlı məlumatlar

Bank of America Institute mütəxəssisləri etiraf ediblər ki, süni intellektlə bağlı investisiyalar ABŞ-ın ÜDM (Ümumi Daxili Məhsul) dinamikasına müsbət təsir göstərir, lakin bu təsir kifayət qədər selektiv xarakter daşıyır. Mənfi təsir baxımından isə hələ işsizliklə bağlı narahatlığa əsas yoxdur, lakin süni intellekt artıq elektrik enerjisi tariflərinin artmasına səbəb olur. Tədqiqat müəlliflərinin fikrincə, bu il süni intellektlə əlaqəli investisiyalar ABŞ ÜDM-nin artımının əsas lokomotivinə çevrilib. Bu sərmayələr əsasən məlumat emalı mərkəzləri, hesablama infrastrukturu və proqram təminatı sahələrində cəmlənib. Birinci rübdə bu amillər ABŞ ÜDM artımına təxminən 1.2% bəndi, ikinci rübdə isə 1.3% bəndi töhfə verib. Ümumilikdə ikinci rübün yekunlarına görə ABŞ-ın ÜDM-si 3.8% artıb, halbuki birinci rübdə azalma müşahidə olunurdu. Tədqiqat müəlliflərinin sözlərinə görə, süni intellektə yönəlmiş investisiyalar artıq yalnız iri korporasiyalarla məhdudlaşmır.

Orta və kiçik müəssisələr də öz büdcələrinin bir hissəsini süni intellekt texnologiyalarına sərf etməyə hazırdır. Sentyabr ayında ABŞ-da kiçik biznes sektoru texnoloji şirkətlərə ödənişlərini illik müqayisədə 6.9% artırıb. Artımın liderləri istehsal və tikinti sahələri olub. Süni intellekt tərəfindən təmin edilən əməyin məhsuldarlığını artıran vasitələr ABŞ iqtisadiyyatının getdikcə daha çox sahəsində tətbiqini tapmaqda davam edir. İnfrastruktur baxımından əsas xərclər məlumat emalı mərkəzləri seqmentində cəmlənib, baxmayaraq ki, milli iqtisadiyyat miqyasında onların payı hələlik elə də böyük deyil. Hesablama infrastrukturunun sürətli inkişafının yan təsirlərindən biri elektrik enerjisi qiymətlərinin artmasıdır və bu, adi istehlakçılar tərəfindən də hiss olunur. Bu il elektrik tariflərinin artım tempi ABŞ-da ümumi inflyasiyanı qabaqlayacaq.

Digər tərəfdən, enerji infrastrukturuna yönəlmiş investisiyalar sahəyə əlavə vəsait cəlb edir və bu tendensiya gələn il də davam edəcək. Bank of America nümayəndələrinin qeyd etdiklərinə görə, süni intellektin insanı geniş miqyasda iş yerlərindən sıxışdırması hələ müşahidə edilmir. Az miqdarda mənfi təsir hiss olunsa da, bu, hələ ciddi səviyyədə deyil. Əksinə, bəzi intellektual əmək sahəsində çalışan işçilər süni intellektin tətbiqindən müsbət təsir görürlər, çünki o, onların məhsuldarlığını artırmağa imkan verir. Maliyyə sektoru və informasiya texnologiyaları sahəsi süni intellektin yayılmasından fayda görən əsas sahələr arasında yer alır. Mənbənin qeyd etdiyi kimi, ABŞ Federal Əmək Statistikası Bürosu 2023-2033-cü illər arasında ölkədə proqram təminatı tərtibatçıları üçün vakansiya sayının 17.9% artacağını, peşəkar maliyyə məsləhətçiləri üçün isə bu göstəricinin 17.1% təşkil edəcəyini proqnozlaşdırır.

Bununla belə, yüksək ixtisas tələb etməyən bir sıra vəzifələr həqiqətən də süni intellekt tərəfindən əvəzlənəcək. Kreditləşmə, sığorta və hüquq sahələrində məlumatların təhlili ilə bağlı işlər süni intellektə həvalə ediləcək. Bunun üçün süni intellektin hazırkı inkişaf səviyyəsindən ciddi şəkildə təkmilləşməsinə belə ehtiyac yoxdur. Ümumilikdə, ABŞ-da süni intellekt sahəsinə yatırımlar hələlik kifayət qədər dar istiqamətlidir və onlardan yaranan müsbət təsir əsasən müəyyən sahələrdə müşahidə olunur. Bu isə ümumi iqtisadiyyatda işçi qüvvəsinin çatışmazlığı problemini hələ həll etmir. Maliyyə axınlarının nə vaxt istiqamətini dəyişəcəyini proqnozlaşdırmaq çətindir, və mövcud vəziyyətdə adi istehlakçılar çox vaxt faydadan çox narahatlıq hiss edirlər. Bu narahatlıqlar, məsələn, elektrik enerjisi tariflərinin davamlı artımı şəklində özünü göstərir.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi