AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun elmlər doktoru proqramı üzrə doktorantı Atom Enerjisi Beynəlxalq Agentliyi tərəfindən təşkil olunmuş beynəlxalq konfransda çıxış edib

30.10.2025 / Xəbərlər

İdarəetmə Sistemləri İnstitutunun elmlər doktoru proqramı üzrə doktorantı t.e.f.d. Günay Əbdiyeva-Əliyeva Əlişan qızı 20–24 oktyabr 2025-ci il tarixlərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) təşkilatçılığı ilə Avstriya Respublikasının Vyana şəhərində keçirilmiş “Nüvə obyektlərinin xarici təsirlərə qarşı dayanıqlığı” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir.

Konfransda müxtəlif ölkələrin kritik informasiya infrastrukturları, nüvə təhlükəsizliyi, enerji sistemləri sahəsində aparıcı mütəxəssisləri, tədqiqatçılar və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Konfrans çərçivəsində nüvə obyektlərinin dayanıqlığının artırılması, texnoloji risklərin azaldılması və kiber-fiziki təhlükəsizlik məsələləri üzrə elmi-praktiki müzakirələr aparılmışdır.

G.Əbdiyeva-Əliyeva konfransda “Operatorların qərar qəbuletmə proseslərinin təkmilləşdirilməsi üçün süni intellektə əsaslanan kiber-fiziki anomaliya aşkarlama yanaşması” adlı məqaləsi ilə çıxış etmişdir.

Tədqiqatda təqdim edilən hibrid anomaliya aşkarlama çərçivəsi süni intellekt metodlarını fiziki proses modelləri ilə birləşdirərək nüvə kiber-fiziki sistemlərinin dayanıqlığını və etibarlılığını artırmağa yönəlmişdir. Yanaşma Autoencoder (AE), LSTM-AE, Isolation Forest (IF) və One-Class SVM (OCSVM) modellərinin fiziki qalıqlarla inteqrasiyasına əsaslanır ki, bu da anomaliyaların aşkarlanma dəqiqliyini artıraraq yalan siqnalların sayını 60% azaldır. Nəticədə operatorların qərar qəbuletmə prosesi daha etibarlı və izah edilə bilən hala gətirilmişdir.

Təklif olunan sistemin SCADA infrastrukturlarına inteqrasiya oluna bilməsi, çoxreaktorlu və enerji şəbəkəsi miqyasında tətbiq imkanları, eləcə də izah edilə bilən süni intellekt və dayanıqlıq istiqamətində gələcək tədqiqatlar üçün əsas yaratması xüsusi vurğulanmışdır.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi