AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransları keçirilib

11.06.2020 / Xəbərlər

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransları çərçivəsində bu gün “Proseslərin Avtomatlaşdırılması və İnformasiya Təhlükəsizliyi – 2020” adlı konfrans öz işinə başlayıb.
 
Onlayn konfransda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək, iştirakçılara uğurlar və səmərəli təcrübə mübadiləsi arzulayıb.
 
İki gün davam edəcək konfransın mövzuları “İnformasiya, ölçmə, mexatronika və idarəetmə sistemləri”, “Sistemli analiz, modelləşdirmə və verilənlərin emalı”,  “Sənaye şəbəkələrində informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin problemləri”, “İrihəcmli verilənlərin, maşınla öyrətmənin və süni-intellektin sənayedə tətbiqi”dir.
 
Konfransa Azərbaycanın 10-a yaxın təhsil müəsissəsindən tələbə və gənc tədqiqatçılar tezislər təqdim edib. Onlar ADA, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dövlət Neft və Sənaye, Bakı Mühəndislik, Xəzər, Sumqayıt Dövlət, Azərbaycan Texnologiyalar universitetlərinin, Milli Aviasiya Akademiyasının, AMEA İdarəetmə Sistemləri və İnformasiya Texnologiyaları institutlarının təmsilçiləridirlər. Beynəlxalq konfransa İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin və  Çinin Guangdong Texnologiya Universitetinin İdarəetmə Məktəbindən də tezislər təqdim olunub.

Qeyd edək ki, konfransda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun gənc alimləri iştirak etmiş və məruzələrlə çıxış etmişlər:
Nigar Əlişzadə (elmi rəhbər. Gülçin Abdullayeva) - "Neural Network Training For Brain Tumor Detection" və Puşnova Valeriya ("Xarici əlaqələr və İnnovasiya" şöbəsinin elmi işçisi) - "Distance learning: a modern information technology".
 
Xatırladaq ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş və bu il ilk dəfə beynəlxalq səviyyədə keçirilən I Beynəlxalq Tələbə Tədqiqat və Elm Konfransları 8-11 iyun tarixlərini əhatə edir.
 
8 iyunda açılışı olan “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” , “Qazıntı və bərpaolunan enerji” konfransları artıq işini yekunlaşdırıb.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi