AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Gənc Dünya”nın izləri tapıldı

30.10.2025 / Maraqlı məlumatlar

Massachusetts Texnologiya İnstitutunun (MIT) alimləri təxminən 4,5 milyard il əvvəl yaranmış proto-Dünyanın — Yer kürəsinin ilkin versiyasının — izlərini müəyyən ediblər. Bu kəşf planetimizin yaranma tarixi ilə bağlı ən qədim sirləri aydınlaşdırmağa bir addım da yaxınlaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, yeni tədqiqat “Nature Geosciences” jurnalında dərc olunub və həm gənc Yer kürəsini, həm də Günəş sisteminin formalaşmasına təsir edən ilkin “tikinti blokları” barədə yeni elmi dəlillər təqdim edir.

MIT və bir sıra beynəlxalq tədqiqat mərkəzlərinin alimlərindən ibarət qrup Yer səthinin ən qədim süxurlarında kalium izotoplarında qeyri-adi bir balanssızlıq aşkarlayıb. Bu fərq Yer üzərindəki digər materiallarla uyğun gəlmir və çox qədim geoloji qatlarda tapılıb.

Tədqiqatçılar bu kimyəvi fərqin sonrakı geoloji proseslər və ya toqquşmalarla izah edilə bilmədiyini bildiriblər. Alimlərin fikrincə, bu süxurlar proto-Dünya dövründən dəyişmədən qalan materialları qoruyub saxlaya bilər.

Tədqiqat zamanı alimlər Qrenlandiya və Kanadadan götürülən qədim süxur nümunələrini, eləcə də, Havay adalarındakı vulkanik lava qalıqlarını analiz ediblər. Nəticədə əksər Yer materiallarından fərqli olaraq, K-40 izotopunun azlığı müşahidə olunub.

MIT-nin Geologiya və Planet Elmləri üzrə dosenti Nikoul Nay bu tapıntını belə izah edib:

“Bu, sarı qum dolu bir qabda bircə qəhvəyi qum dənəsini tapmaq kimidir. Nümunələr fərqli şəraitdə formalaşıb və çox güman ki, proto-Dünya dövrünün qalıqlarıdır”.

Alimlər bu izotop çatışmazlığının planetin yaranması zamanı baş verən nəhəng toqquşmalarla necə əlaqəli ola biləcəyini öyrənmək üçün simulyasiyalar aparıblar. Nəticələr göstərib ki, zaman keçdikcə az K-40 tərkibli ilkin materiallar digər maddələrlə qarışaraq müasir süxurların tərkibinə daxil olub.

Bu da onu göstərir ki, K-40 çatışmazlığı olan nümunələr proto-Dünyadan qalan orijinal materialları təmsil edə bilər. Lakin tapılan izotopik izlər məlum meteoritlərlə tam uyğun gəlmir. Bu da proto-Dünyanı formalaşdıran meteoritlərin hələ tapılmadığı ehtimalını artırır.

“Müxtəlif meteorit qruplarından əldə olunan məlumatları birləşdirərək, Yer kürəsinin kimyəvi mənşəyini anlamağa çalışırıq. Lakin bu tədqiqat göstərir ki, hələ bütün meteorit növləri aşkar edilməyib və planetimizin haradan gəldiyini öyrənmək üçün qarşımızda çox iş var”, - dosent Nay qeyd edib.

aqreqator.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi