
Dissertasiya işinin müdafiəsi keçirilib
24.10.2025 / Xəbərlər
24.10.2025-ci il tarixində AR ETN İdarəetmə Sistemləri institutunun nəzdindəki ED 1.20 Dissertasiya şurasının iclasında Məhəmməd Hüseyn oğlu Rezvanın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)” ixtisası üzrə “RNMT-nin tətbiqi ilə dərinlik nasoslu neft qurğularında nasazlıqların diaqnostikası alqoritmlərinin və sistemlərinin işlənməsi” mövzusunda texnika elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi keçirilib. Sonda Dissertasiya şurasının qərarı ilə dissertasiya işinə müsbət rəy verilib.


