
Dissertasiya işinin müdafiəsi keçirilib
31.10.2025 / Xəbərlər
31.10.2025-ci il tarixində AR ETN İdarəetmə Sistemləri institutunun nəzdindəki ED 1.20 Dissertasiya şurasının iclasında Ülviyyə Zakir qızı Rəsulovanın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)” ixtisası üzrə “Mexaniki sistemlərin idarə olunması alqoritmlərinin realizə edilməsinə sistemli yanaşma” mövzusunda Texnika elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi keçirilib. Sonda Dissertasiya şurasının qərarı ilə dissertasiya işinə müsbət rəy verilib.


