AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Hakerlər zərərli proqram təminatlarını yaymaq üçün minlərlə YouTube videosundan istifadə edib

03.11.2025 / Maraqlı məlumatlar

Check Point kibertəhlükəsizlik şirkəti xəbərdarlıq edib ki, hakerlər YouTube Ghost Network adlı kampaniya çərçivəsində zərərli proqram təminatını yaymaq üçün YouTube-da 3000-dən çox video istifadə ediblər. Videolarda Adobe Photoshop, FL Studio, Microsoft Office və Roblox oyunları üçün pulsuz versiyalar və çitlər təklif olunurdu. Videoların altında yerləşdirilmiş saxta şərhlər onların guya qanuni və təhlükəsiz olduğunu göstərmək məqsədi daşıyırdı. İstifadəçilər Dropbox, Google Drive və ya MediaFire platformalarından arxivləri endirərkən faylları açmazdan əvvəl Windows Defender-i söndürmələri üçün təlimat alırdılar.

Bu yükləmələrdə Lumma və Rhadamanthys kimi şifrələri və kriptovalyuta portmanatlarının məlumatlarını oğurlayan zərərli tətbiqlər yerləşdirilmişdi. Hakerlər mövcud YouTube hesablarını sındırır və ya öz saxta kanallarını yaradırdılar. Məsələn, 129 000 abunəçisi olan sındırılmış bir kanalda Photoshop tətbiqinin guya “hack” versiyasını göstərən video paylaşılıb və o, 291 000 baxış toplayıb. Başqa bir video isə FL Studio barədə olub və 147 000-dən çox baxış qazanıb.

Check Point Research bu kampaniya barədə Google-a məlumat verib və videoların böyük əksəriyyəti artıq bloklanaraq silinib. 2023-cü ildə hakerlər 15.3 milyon abunəçiyə malik məşhur YouTube kanalı Linus Tech Tips-i sındırmışdılar. Həmin vaxt kanalda kriptovalyuta ilə bağlı fırıldaqçı reklamlar yerləşdirilmiş və istifadəçilərə keçidə daxil olaraq pulsuz bitcoin əldə etməyi təklif edən canlı yayım başladılmışdı. Nəticədə, istifadəçilər keçid və ya QR kod vasitəsilə saxta saytlara yönləndirilirdilər. Həmin saytlarda onlara guya sponsorluqla əlaqəli faylı yükləmək təklif olunurdu, lakin əslində bu fayllar zərərli proqram təminatı idi.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi