AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Qadınların təhsili cəmiyyətin inkişafını müəyyən edən əsas amillərdəndir.

29.10.2025 / Xəbərlər
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün elm və təhsil naziri Emin Əmrullayev “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimində səsləndirib.
Nazir qeyd edib ki, qadınların inkişafı ilə təhsilin inkişafı arasında sıx əlaqə var:
“Bu baxımdan mən də öz növbəmdə komandaya təşəkkürümü bildirirəm, çünki vaxtında bu təşəbbüsü irəli sürdünüz, biz də maraqlı tərəf kimi bu təşəbbüsə qoşulmaqdan məmnunuq. Hesab edirəm ki, həm ictimai maraqlar, həm də ümumi dövlət və cəmiyyət maraqları baxımından bu təşəbbüsün dəstəklənməsi olduqca önəmlidir”.
Emin Əmrullayevin sözlərinə görə, uzunmüddətli perspektivdə layihədən bütün tərəflər — tələbələr, dövlət qurumları, özəl sektor və bütövlükdə Azərbaycan ictimaiyyəti fayda qazanacaq. Bu təşəbbüsün beşinci ilində yüzlərlə gənc azərbaycanlı qızın təhsilinə dəstək göstərilməsi qadın təhsilinin nə qədər vacib bir faktor olduğunu bir daha sübut edir.
Nazir əlavə edib ki, qadınların təhsili və onların cəmiyyətdəki rolu baxımından qarşıda qət edilməli uzun bir yol var:
“Təhsil prizmasından baxdıqda görürük ki, qadının cəmiyyətdəki mövqeyi, ictimai və sosial gücü istənilən təhsil sisteminin keyfiyyətini və funksionallığını müəyyən edən əsas amillərdəndir, çünki əhalinin təxminən yarısı qadınlardan ibarətdir. Əhalinin yarısını diqqətdən kənarda saxlamaq, onlara daha az hüquq və azadlıq vermək təhsildə də eyni məhdudiyyətlərin yaranmasına səbəb olur”.
Emin Əmrullayev bildirib ki, bu cür layihələr qadınların təhsil imkanlarını genişləndirməklə yanaşı, ölkənin sosial və iqtisadi inkişafına da mühüm töhfə verir.
 
muallim.edu.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi