AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

UNEC-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi qeyd olunub

03.11.2025 / Xəbərlər

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi qeyd olunub.

Tədbirdən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər, sonra AMEA-nın 80 illik yubileyi münasibətilə təşkil olunan kitab sərgisi ilə tanış olublar. Rəsmi açılışda Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov tədbirin açılışında çıxış edərək, AMEA-nın kollektivini və bütün elmi ictimaiyyəti yubiley münasibətilə təbrik edib. Rektor bildirib ki, Akademiyanın 80 illiyi təkcə bir yubiley deyil, Vətənə elmlə xidmətin 80 ili deməkdir, eləcə də milli düşüncənin, elmi ənənənin və intellektual gücün təntənəsidir: “Azərbaycan Milli Elmlər Akademiyası elmin milli məbədidir. Bu məbəd yalnız tədqiqatların aparıldığı yer deyil, həm də elmə inamın, düşüncəyə hörmətin rəmzidir”.

Rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində AMEA Azərbaycanın intellektual dayağı və beyin mərkəzi kimi formalaşıb və bu uğurlu siyasət sayəsində Azərbaycan elmi yeni inkişaf mərhələsinə qədəm qoyub: “Prezident İlham Əliyevin rəhbərliyi ilə elmin inkişafı dövlətin prioritet istiqamətlərindən birinə çevrilib. Elmi tədqiqatların rəqəmsallaşdırılması, innovasiyaların dəstəklənməsi, gənc alimlərin inkişaf proqramları elmin müasir çağırışlara uyğunlaşdırılmasına xidmət edir,” – deyə prof. Ədalət Muradov bildirib. Rektor çıxışında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkə elminin inkişafındakı müstəsna xidmətlərini də xüsusi vurğulayıb.

Rektor AMEA və UNEC arasındakı elmi əməkdaşlığın uğurlu nəticələrindən də danışıb: “Son beş ildə Scopus və Web of Science-də UNEC və AMEA alimlərinin birgə müəllifliyi ilə 333 elmi əsər dərc edilib və həmin əsərlərə ümumilikdə 2050 istinad olub”.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə AMEA-nın 80 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsini ölkə başçısının elmə verdiyi yüksək dəyər adlandırıb: “Bu sərəncam Azərbaycan elminə, alimlərinə, ziyalılarına verilən böyük dəyərin, dövlətimizin intellektual qüvvələrə olan hörmət və etimadının təzahürüdür”- deyə akademik bildirib. İsa Həbibəyli akademiyanın zəngin tarixindən söz açaraq bu elm məbədinin yarandığı gündən respublikanın elmi-intellektual potensialının formalaşdırılmasında, elmi düşüncənin inkişafı istiqamətində müstəsna xidmətlər göstərdiyini bildirib. AMEA rəhbəri vurğulayıb ki, elmi və intellektual dəyərlər cəmiyyətin dayanıqlı inkişafının təməlidir: “Əgər elm və bilik cəmiyyətin inkişafına xidmət etməzsə, bu, yeni nəsillərin potensialının itirilməsi deməkdir. Elmi sahələr sınaqdan, araşdırmalardan, riyazi və məntiqi sübutlardan keçməzsə, əldə edilən nəticələr etibarlı ola bilməz”.

Tədbirdə həmçinin AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov və millət vəkili, akademik Ziyad Səmədzadə çıxış edərək Akademiyanın ölkə elminin inkişafına verdiyi mühüm töhfələrdən danışıblar. Alimlər çıxışlarında AMEA-nın Azərbaycanın elmi düşüncə tarixində silinməz izlər qoyduğunu və bu gün də elmin strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadığını bildiriblər.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi