AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA-nın akademik-katibi Kanadada keçirilən beynəlxalq onlayn konfransda məruzə edib

19.06.2020 / Xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “Fövqəladə hallarda idarəetmə” laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov 2020-ci il iyunun 18-də Kanadanın Monreal şəhərində keçirilən “Kompüter elmlərində mürəkkəb sistemlər” adlı  beynəlxalq konfransda online rejimdə iştirak etmiş və “Mürəkkəb sistemlərin qeyri-sabitlik təzahürlərinin riyazi modelləşdirilməsi” mövzusunda məruzə etmişdir.

Məruzə standart modelləşdirmə metodlarının adekvat  olmadığı mürəkkəb sistemlərin təhlükəsizliyinə qeyri-müəyyənliyin təsirinin öyrənilməsinə, iqtisadiyyatdan ekologiyaya, sosiologiyadan insan sağlamlığına qədər geniş spektrdə, o cümlədən pandemiya şəraitində müxtəlif mürəkkəb sistemlər üçün qeyri-sabitliyə səbəb olan qəfil və dəyişən rejimlərin riyazi modelləşdirilməsinə həsr olunmuşdur.

Əminağa Sadıqov tədqiqatlarının nəticələri kimi ilkin şərtlərdən kəskin asılılığı və güclü informasiya yüklənməsi ilə xarakterizə olunan, qeyri-sabit və tarazlıqda olmayan mühitdə sistemlərin davranışlarının adaptiv idarəetməsinin mürəkkəb problemlərini həll etmək üçün yeni modelləşdirmə metodunu konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

Təklif olunan metod müasir idarəetmə sistemlərinin böhranı ilə bağlı bir sıra fundamental məsələlərin həllinə aşağıdakı yeni yanaşmaları nəzərdə tutur: təhlükəli dəyişikliklərin başlaması ilə onların aşkarlanma anı arasındakı gecikməni minimuma endirmək; hadisələrin riskini idarə etmək üçün prioritetləri müəyyənləşdirmək; təbii, texnogen və sosial fəlakətlərin, o cümlədən epidemiyaların vurduğu zərərləri minimuma endirmək üçün resursların optimal bölüşdürülməsini və effektiv hərəkətləri (idarəetmə tədbirlərini) müəyyən etmək; müxtəlif növ təhdidləri sıralamaq, mürəkkəb sistemdəki zəif əlaqələri müəyyənləşdirmək, onun sürətlə dəyişən dünyaya uyğunlaşmasını qiymətləndirmək.

“Kompüter elmlərində mürəkkəb sistemlər” adlı beynəlxalq konfransın məqsədi mürəkkəb sistemlərin bütün aspektləri ilə bağlı təcrübə və tədqiqat nəticələrini mübadilə üçün dünyanın aparıcı akademik qurumlarının alim və mütəxəssislərini bir araya gətirmək, tədqiqatçılara son innovasiyaları, meylləri və narahatlıqları, habelə qarşılaşdıqları praktiki problemləri və mürəkkəb sistemlər sahəsində qəbul edilən həlləri təqdim və müzakirə etmək üçün fənlərarası bir platforma təqdim etmək olmuşdur.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi