AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA ilə Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalanıb

04.11.2025 / Xəbərlər

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Pekin Xarici Dillər Universitetinin (PXDU) prorektoru professor Gao Qanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli Azərbaycanla Çin arasında əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu, dövlətimizin başçısının rəsmi Pekinlə əlaqələrə xüsusi önəm verdiyini söyləyib. Azərbaycanın Çinin beynəlxalq əhəmiyyətli “Bir kəmər, bir yol” layihəsini dəstəklədiyini deyən akademik İsa Həbibbəyli Zəngəzur dəhlizinin açılmasının bu layihənin həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib.

Son illərdə ölkələrimiz arasında elmi əlaqələrin də inkişaf etdiyini deyən akademik İsa Həbibbəyli AMEA-nın Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Honkonq Kore Akademiyası, Pekin Xarici Dillər Universiteti və Hebey Pedaqoji Universiteti ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Tədqiqatları Mərkəzinin fəaliyyət göstərdiyini, mərkəzin əməkdaşı Nərgiz Kərimova tərəfindən ölkəmizdə ilk dəfə olaraq Çin-Azərbaycan ədəbi əlaqələrinə həsr olunmuş fəlsəfə doktorluğu dissertasiyasının müdafiə edildiyini söyləyib. Bundan əlavə, mərkəzdə Çin dilinin tədris olunduğunu, bir sıra əməkdaşların Çində dil üzrə ixtisasartırma kurslarında iştirak etdiklərini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Pekin Xarici Dillər Universiteti ilə əməkdaşlığa xüsusi önəm verdiyini deyən akademik İsa Həbibbəyli universitetdə Azərbaycan dili kafedrasının fəaliyyət göstərməsinin Çinin Azərbaycana verdiyi dəyərin ifadəsi olduğunu söyləyib. Çinə səfəri zamanı “Azərbaycan dili” ixtisası üzrə təhsil alan çinli tələbələrə ustad dərsi keçdiyini xatırladan akademik İsa Həbibbəyli kafedranın kitabxanasına Heydər Əliyev Fondu və AMEA tərəfindən bir çox dəyərli nəşrlərin bağışlandığını bildirib. Akademik İsa Həbibbəyli Pekin Xarici Dillər Universitetində “Azərbaycan dili” ixtisasının tədris olunmasının təşəbbüskarı filologiya üzrə fəlsəfə doktoru, dosent Aqşin Əliyevin xüsusi xidmətlərinə də toxunub.

AMEA rəhbəri hazırda Bakıda təkmilləşdirmə kursları keçən çinli tələbələri alimlərimizdən ustad dərsləri almaq üçün Akademiyaya dəvət edib. Akademik İsa Həbibbəyli gələcəkdə birgə əməkdaşlıq nəticəsində Azərbaycan və Çin ədəbiyyatlarına dair sanballı əsərlərin, eləcə də tərcümə işlərinin ortaya qoyulacağını söyləyib.

Sonra çıxış edən Pekin Xarici Dillər Universitetinin prorektoru professor Gao Qanq ölkəmizə ilk dəfə səfər etdiyini və səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Universitet rəhbərliyinin salamlarını çatdıran professor Gao Qanq Azərbaycanda Çinə olan maraqdan heyrətləndiyini vurğulayıb. 2017-ci ildən etibarən universitetdə Azərbaycan dilinin tədris olunduğunu deyən alim ilk məzunların artıq peşəkar mütəxəssis kimi formalaşdıqlarını, onlardan iki məzunun PXDU-nun Azərbaycan dili kafedrasında müəllim kimi çalışdıqlarını diqqətə çatdırıb. Qeyd edib ki, onlar azərbaycanşünaslar kimi formalaşır və ölkələrimiz arasında gələcəkdə elmi əlaqələrin genişlənməsində körpü rolunu oynayacaqlar.

Kafedranın ikinci qəbulunun tələbələrinin Bakıda təkmilləşdirmə kursları keçdiyini deyən professor Gao Qanq çinli gənclərin Azərbaycan dilinə dərindən yiyələndiklərini, ölkələrimizin ədəbiyyatına dair hazırda boşluq müşahidə edilən ədəbi tərcümə prosesinə gələcəkdə öz töhfələrini verəcəklərini vurğulayıb.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalanıb. Sənədi akademik İsa Həbibbəyli və professor Gao Qanq imzalayıblar.

Sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Görüşdə Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsinin dekanı professor Su Yinqyinq, Asiya fakültəsinin Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov da iştirak ediblər.

Qonaqlar, həmçinin AMEA-nın Rəyasət Heyətinin binası və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Çin Mərkəzi ilə də tanış olublar.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi