AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Akademik İsa Həbibbəyli: “Azərbaycan Milli Elmlər Akademiyası 80 il ərzində çətin, məsuliyyətli və şərəfli yol keçib”

04.11.2025 / Xəbərlər

Akademiyamızın 80 illiyi Azərbaycanda akademiya quruculuğunun təxminən 800 ilə yaxın böyük bir epoxasının məntiqi yekunu və sabaha doğru inkişafının hərəkətverici qüvvəsidir.

Məlumat üçün bildirmək istəyirəm ki, planetimizin birinci akademik elmi qurumu bizim eradan əvvəl IV əsrdə fəaliyyət göstərmiş Platon Akademiyasıdır. Afrika qitəsində 1137-ci ildə yaradılan Efiopiya Akademiyası bizim eranın ilk akademik qurumu hesab edilir. Azərbaycanda isə ilk dəfə 1259-cu ildə Nəsirəddin Tusi tərəfindən yaradılan Marağa Rəsədxanası ilə universal elmi fəaliyyətlə məşğul olan elmi-tədqiqat müəssisəsinin bünövrəsi qoyulub. Bundan bir müddət sonra meydana çıxmış Təbriz Darüş-Səfa Akademiya şəhərciyinin salınması ilə Azərbaycan akademiya quruculuğunda bir addım da irəli getmişdir.

Bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli noyabrın 3-də Akademiyanın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda “Azərbaycan Milli Elmlər Akademiyasının miqyası və missiyası” mövzusunda məruzəsində söyləyib.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, Azərbaycan Milli Elmlər Akademiyası 80 il ərzində çətin, məsuliyyətli və şərəfli yol keçib. Akademiyanın 1969-1982-ci illər dövrü ölkəmizin elm tarixinə Heydər Əliyev mərhələsi, yaxud intibah dövrü kimi daxil olub. Bu illərdə Akademiyada müxtəlif elm sahələri üzrə elmi məktəblər yaranıb, elmimiz Sovet İttifaqının hüdudlarını aşaraq dünyada tanınıb.

“Ulu Öndər SSRİ-nin yüksək rəhbərliyinə irəli çəkildikdən sonra bu inkişaf tempi, təəssüf ki, qorunub saxlanılmayıb. Hətta müstəqilliyin başlanğıc illərində Akademiyanı ləğv etmək haqqında bəyanatlar səsləndirilib. Ona görə də 1983-1993-cü illər Elmlər Akademiyasının tənəzzül və böhran dövrü hesab olunur.

Görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə respublikanın digər sahələrində olduğu kimi, Akademiyada da böyük dirçəliş prosesləri başlanıb, ölkə maraqları ön mövqeyə çəkilib. Ulu Öndərin 2001-ci il 15 may tarixli Sərəncamı ilə Akademiyaya “Milli Elmlər Akademiyası” statusu verilib. 1993-2003-cü illər elm tariximizə Milli Elmlər Akademiyası quruculuğu mərhələsi kimi daxil olub”, - deyə akademik İsa Həbibbəyli qeyd edib.

AMEA rəhbəri bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 2003-cü ildən başlanan möhtəşəm inkişaf dövründə Akademiyanın fəaliyyəti iki mərhələyə ayrılır:

  1. Modernləşmə və innovasiya dövrü (2003-2021-ci illər);
  2. Yeniləşmə və islahatlar mərhələsi (2022-ci ildən).

Hazırda Milli Elmlər Akademiyası Dünya Akademiyaları Cəmiyyətinin bərabərhüquqlu üzvü kimi Azərbaycan elmini beynəlxalq miqyasda təmsil edir. Ölkəmizin inkişafına, xüsusən xalqımızın milli-mənəvi dirçəlişinə öz töhfələrini verməkdə davam edir.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi