AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda “Kompüter elmləri” ixtisası üzrə magistrlik dissertasiyalarının onlayn müdafiəsi keçirilmişdir

25.06.2020 / Xəbərlər

25 iyun 2020-ci il tarixində AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda II kurs magistrantların 060509 – “Kompüter elmləri” ixtisası üzrə magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın “Skype” proqramı vasitəsilə onlayn iclası keçirilmişdir. İclasda şura üzvləri ilə yanaşı, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, idarənin Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev, İnformasiya Texnologiyaları İnstitutunun Təhsil şöbəsinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov da iştirak ediblər.

Onlayn keçirilən iclasda İdarəetmə Sistemləri İnstitutunun 2, İnformasiya Texnologiyaları İnstitutunun 3 magistrantı dissertasiya işlərini müdafiəyə təqdim etdilər.

 “Paylanmış sistemlər və şəbəkələr” ixtisaslaşması üzrə magistrant Aytən Adil qızı Əhmədova AMEA-nın müxbir üzvü Məsumə Məmmədovanın rəhbərliyi ilə “Elektron səhiyyə şəbəkəsinin arxitektur prinsiplərinin işlənməsi”, “İntellektual sistemlər” ixtisaslaşması üzrə magistrant Samir Tələt oğlu Məmmədov AMEA-nın müxbir üzvü Kamil Ayda-zadənin rəhbərliyi ilə “Azərbaycan dilində verilən mətnləri anlamağa əsaslanan “kompüter-insan” dialoq sisteminin alqoritm və proqramlarının hazırlanması”, “Kompüterli modelləşdirmə” ixtisaslaşması üzrə magistrant Ülviyyə Malik qızı Kadaşeva riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Paşayevin rəhbərliyi ilə “Mancanaq dəzgahının kinematikasının riyazi modeli əsasında vatmetroqramların dinamoqramlara çevrilməsini təmin edən alqoritmlərin, proqram vasitələrinin işlənilməsi və kompüter eksperimentlərinin aparılması”, “Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” ixtisaslaşması üzrə magistrantlar – Aygül Fəxrəddin qızı AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin rəhbərliyi ilə “Pythonda böyük ölçülü verilənlərin analizi üçün DBSCAN alqoritminin tətbiqi” və Arzu Şamil qızı Həsənli texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovun rəhbərliyi ilə “Verilənlərin emal mərkəzində bulud texnologiyaları əsasında virtual resursların səmərəli istifadəsi metodları” mövzusunda yerinə yetirdikləri magistrlik dissertasiya işlərini təqdimatlar vasitəsilə iclas iştirakçılarının diqqətinə çatdırdılar.

Magistrantların təqdimatlarından sonra iclas iştirakçıları tərəfindən hər bir iş üzrə iddiaçılara suallar verildi və geniş müzakirələr aparılaraq iddiaçıların dissertasiya işlərinin aktuallığı, tələbələrin təqdimat və tədqiqatçılıq bacarıqları təhlil olundu.

Müzakirələrdə AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək AMEA-nın magistraturasında tələbələrin inkişafı üçün yaradılmış elmi-tədris bazasının əhəmiyyətini xüsusi vurğulayaraq dissertasiya işlərinin yüksək keyfiyyətlə hazırlanmasında maddi-texniki bazadan məharətlə istifadə edildiyini diqqətə çatdırdı. Çıxışının sonunda  Ə. Sadıqov magistrantlara uğurlar arzulayaraq təhsillərini davam etdirmələri üçün öz tövsiyə və təkliflərini  verdi.

Magistrantların təqdimatları ətrafında müzakirələr aparıldıqdan sonra açıq səsvermə keçirilərək müəyyən olunmuş meyarlara əsasən müdafiə olunan dissertasiya işləri qiymətləndirildi. Magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şura qiymətləndirmənin nəticələri əsasında  magistrantların hər birinə magistr elmi-ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul etdi.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi