AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Yağışdan enerji toplayan üzən cihaz hazırlanıb

05.11.2025 / Maraqlı məlumatlar

Nankinq Aeronavtika və Astronavtika Universitetinin tədqiqatçıları yağış damcılarından enerji toplayan üzən generator hazırlayıblar. Bu cihaz suyun üzərində işləyir və həm dəstəkləyici baza, həm də keçirici elektrod kimi suyun özündən istifadə edir.

AZƏRTAC “scitechdaily.com” portalına istinadla xəbər verir ki, yeni “üzən damcı elektrik generatoru” (W-DEG) əvvəlki modellərlə müqayisədə təxminən 80 faiz daha yüngül, 50 faiz daha ucuzdur və oxşar miqdarda elektrik hasil edə bilir. Cihazın iş prinsipi yağış damcılarının su üzərindəki xüsusi dielektrik səthə düşməsi nəticəsində yaranan elektrik yüklərinə əsaslanır. Generator təcrübələr zamanı hər damcı üçün təxminən 250 volt pik gərginlik yarada bilib. O, müxtəlif hava şəraitində, suyun temperaturu, duzluluğu və çirklənmə səviyyəsi dəyişsə belə, sabit fəaliyyət göstərir. Özünü tənzimləyən drenaj sistemi isə artıq suyun yığılmasının qarşısını alır. Tədqiqatçılar 0,3 kvadratmetr ölçülü prototipin 50 LED lampanı eyni vaxtda işıqlandırdığını nümayiş etdiriblər. Gələcəkdə bu texnologiya göllərdə, su anbarlarında və sahil bölgələrində yerləşdirilərək bərpa olunan enerji istehsalı üçün istifadə oluna bilər.

Layihənin rəhbəri professor Vanlin Quo bildirib ki, bu texnologiya Günəş və külək enerjisini tamamlayan torpaqsız hidrovoltaik sistemlərə yol aça bilər. Yeni yanaşma həm də suyun keyfiyyətini və ətraf mühitin vəziyyətini izləyən sensorların enerji təminatında istifadə oluna bilər.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi