1762404937.jpg)
İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçirilib
05.11.2025 / Xəbərlər
4 noyabr 2015-ci il tarixində AR ETN İdarəetmə Sistemləri İnstitutunun elmi seminarında İnstitutun “Elmi-texniki informasiya və patent tədqiqatları” şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Əsədova Rəna Şərif qızı “Layların fiziki-kimyəvi xassələrini nəzərə almaqla neft hasilatı prosesinin riyazi modellərinin işlənilməsi” mövzusu ilə çıxış etmişdir.
R.Ş.Əsədova çıxışında qeyd etdi ki, dissertasiya işinin yerinə yetirilməsi zamanı alınan nəticələri 3 hissəyə ayırmaq olar. Birinci hissə neftçıxarma quyularının hidrodinamikasının tədqiqinə həsr olunmuş və yeni riyazi ifadələr və üsullar təklif edilmişdir. 2-ci hissədə neftin çıxarılması zamanı quyudibi təzyiqinin ölçülməsi, dərinlik nasos-kompressor borusunda temperaturun paylanmasının təyin edilməsi, nasosun silindrinin dolma əmsalının təyin edilməsi, lay mayesinin əskilmələrinin təyini üçün yeni üsullar və riyazi ifadələr təklif edilmişdir. 3-cü hissə neftin nəqli və hazırlanması proseslərində riyazi modellərin, avtomatik ölçmə və idarəetmə alt sistemlərinin işlənməsinə həsr olunmuş, neftin debitinin ölçülməsi, nasosun veriminin müəyyən edilməsi, neftin nəql edilməsi, hazırlanması və s. məsələlərin həllinə baxılmışdır. Dissertasiyada əldə olunan elmi nəticələr əsasında 21 Avroasiya patenti alınmışdır.
Dinlənilən mövzu bu sahənin görkəmli alimləri tərəfindən maraqla qarşılanmış, işin əhəmiyyəti vurğulanmış və tədqiqatçıya lazımi tövsiyyələr verilmişdir.


