1762493463.png)
25 və 29 sentyabr tarixlərində keçirilən test imtahanlarından müvəffəqiyyətlə keçən şəxslərin sertifikatlarının verilməsinə başlanılıb
07.11.2025 / Xəbərlər
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş test imtahanlarında uğur qazanaraq sertifikat əldə etmiş aşağıdakı kateqoriyadan olan şəxslər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Dövlət İmtahan Mərkəzinin Bakı şəhər, Binəqədi rayonu, Süleyman Sani Axundov küç. 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər:
- 25 sentyabr 2025-ci il tarixdə dövlət qulluğunun A (inzibati rəhbər) və B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilmiş test imtahanlarında uğur qazanaraq sertifikat əldə etmək üçün müraciət etmiş və müraciətinə DİM tərəfindən razılıq verilmiş şəxslər;
- 29 sentyabr 2025-ci il tarixdə Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq məqsədilə keçirilmiş test imtahanında uğur qazanmış şəxslər.
Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək üçün [email protected] elektron poçt ünvanına müraciət edilməli və ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə edilməlidir.


